BAKU Azərbaycan
°C

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun əmlakları ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Gundem.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərarə əsasən, kassasiya şikayətləri təmin olunmayıb, apellyasiya instansiyasının qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərarına əsasən, Akif Çovdarovun şikayəti rədd edilib və onun müsadirədən azad edilmiş 8-ci kilometr bazarı da daxil olmaqla 30 milyonluq əmlakı yenidən müsadirə edilib.

Xatırladaq ki, Akif Çovdarov 2015-ci ildə saxlanılıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib və 30 milyon manatlıq əmlakı müsadirə edilib. 2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb.

2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi onun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Lakin Ali Məhkəmə həmin qərarı ləğv edib, işi yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Akif Çovdarovun əmlakları yenidən müsadirə edilib. (apa)

Son xəbərlər

Azərbaycanlı general vəfat etdi - FOTO

Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? - AÇIQLAMA

Tokayev naziri vəzifəsindən AZAD ETDİ

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - FOTO

Cəlilabadda 42 nəfər cərimələndi

Sakinlərin NƏZƏRİNƏ: sabah bəzi ərazilərdə qaz olmayacaq

Qazaxıstan prezidenti naziri vəzifəsindən azad etdi

Maskın beş gündə qazancı dünyanı şoka saldı

Xankəndidəki universitetin yataqxanasının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi

Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI

Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır

Hərbçilərimiz Aralıq dənizində keçirilən təlimdə iştirak etdilər

İlham Əliyev Edvard Rounu qəbul etdi

FHN-dən hava şəraiti ilə əhaliyə müraciət

Anar Məmmədli barədə qərar verildi

30 aprel - Beynəlxalq Caz Günüdür

Rəsmi Bakı Fransadan Azərbaycanın daxili işlərinə qarışmamağı TƏLƏB ETDİ

Ceyhun Bayramov Qətərin Baş naziri ilə GÖRÜŞDÜ

Soyuq və isti hava elektromobillərin fəaliyyətinə pis təsir göstərir - TƏHLİL

Bütün xəbərlər