BAKU Azərbaycan
°C

Bu mövsüm çempionluq yarışını erkən tərk edən "Beşiktaş" növbəti mövsümə iddialı heyət qurmaq üçün səylərini davam etdirir. 

Gundem.az "Fotomaç"a istinadən xəbər verir ki, klubun baş koordinatoru Samet Aybaba Almaniyaya gedərək avrokubokların "Borussiya" (Dortmund) - PSV və "Bayer" - "Qarabağ" matçlarını canlı izləyib. 

Samet Aybabanın "Bayer" - "Qarabağ" matçında Azərbaycan təmsilçisinin braziliyalı hücumçusu Juninyonu bəyəndiyi bildirilir. "Sambaçı"nın təsirli çıxışı və vurduğu qolla "Beşiktaş" rəsmisinin diqqətini çəkdiyi müəyyənləşib. Təcrübəli futbolçunun adı İstanbul klubunun transfer siyahısına salınaraq, rəhbərliyə təqdim ediləcəyi bildirilir. 

"Fotomaç" yazır ki, keçiriləcək klubdaxili iclasda veriləcək qərardan asılı olaraq 27 yaşlı futbolçunun transferi üçün mövsümün sonunda danışıqlar başlayacaq. 

Qeyd edək ki, "Qarabağ" Jununyonu ötən yay Poruqaliyanın "Şaveş" klubundan 450 min avroya alıb. Hazırda "Transfermarkt" 27 yaşlı forvarda 1 milyon avro qiymət qoyub. Jununyo cari mövsümdə bütün turnirlərdə 42 oyuna çıxaraq, 23 qol vurub və 7 məhsuldar ötürmə edib. O, 15 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.

Son xəbərlər

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Bütün xəbərlər