İdman
16.03.2024 / 22:45
244
Gimnastlarımız beynəlxalq turnirdə 9 medal QAZANDI
Ölkəmizdə təşkil olunan idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnirində fərdi çoxnövçülükdə qaliblər müəyyənləşib.
Gundem.az xəbər verir ki, Azərbaycan gimnastları 9 (1 qızıl, 3 gümüş, 5 bürünc) medal qazanıblar.
Böyüklər arasında komandamızın üzvü İvan Tixonov qızıl, Nazənin Teymurova gümüş, Rəsul Əhmədzadə isə bürünc medal qazanıb.
Gənclər arasında Xədicə Abbaszadə və Aydın Əlizadə bürünc medallara sahib çıxıblar. Yeniyetmələr arasında İlham Salayev və Leyla Məmmədzadə gümüş, Hüseyn Qəhrəmanov və Albina Aliyeva bürünc medal əldə ediblər.
Qeyd edək ki, beynəlxalq turnirə sabah yekun vurulacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay