BAKU Azərbaycan
°C

"Mən hər zaman Əlcəzair millisinə qayıtmaq istəyirdim. Həmişə, xüsusilə də baş verən avtomobil qəzasından sonra qarşımda bu məqsədi qoymuşam".

Gundem.az İdman.Biz-ə istinadən bildirir ki, bunu "Qarabağ"ın futbolçusu Yassin Benzia deyib.

Əlcəzair mətbuatına açıqlama verən yarımmüdafiəçi 2018-ci ildən sonra ilk dəfə milliyə dəvət almasına münasibət bildirib. O, yığmaya çağırılmasına görə xoşbəxt olduğunu deyib: "Az oynadığım zaman milliyə dəvət olunmamağım normal idi. Amma əvvəlki səviyyəmi bərpa etdikdən sonra düşünürəm ki, bu dəvətə layiqəm. Hər zaman iddialarım olub. Xətrinə dəydiyim bütün futbolçulardan və azarkeşlərdən üzr istəyirəm".

Benzia millidən daha əvvəl təklif gözlədiyini də gizlətməyib: "Əlcəzair millisini Afrika Millətlər Kubokunda təmsil etmək istəyirdim. Amma bu, baş vermədi. Aydındır ki, məyus oldum. Çünki mən rəqabətədavamlı oyunçuyam və Əlcəzair millisinə qayıtmaq fikrindən heç vaxt əl çəkməmişəm".

Qeyd edək ki, Benzia Əlcəzair millisində 4 oyun keçirib. O, bu matçlarda 1 qola imza atıb.

Son xəbərlər

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Bütün xəbərlər