İdman
19.03.2024 / 18:50
103
"Qarabağ"ın komandası Belarusda darmadağınla başladı
"Qarabağ"ın 14 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə mübarizəyə başlayıb.
Gundem.az qol.az-a istinadən xəbər verir ki, Asif Əlizadənin baş məşqçisi olduğu komanda Minskdə təşkil olunan "Bizim gələcəyimiz" turnirinin ilk turunda Rusiya "Lavina"sı ilə görüşüb.
C qrupunda yer alan "atlılar" bu qarşılaşmada 6:0 hesabı ilə qalib gəlib. 2-ci dəqiqədə Əhəd Hacızadə hesabı açıb.Oyunun 4 və 6-cı dəqiqələrində Daniil Rəcəbov, 8-ci dəqiqədə Vaqif Nəbiyev, 20-ci dəqiqədə Seyid Zalov, 39-cu dəqiqədə Murad İsmayılov qol vurub.
Qeyd edək ki, "Qarabağ" qrupdakı digər iki matçını bu gün keçirəcək. "Qarabağ" öncə "Rotor"la, ardınca BATE ilə qarşılaşacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay