İdman
09.04.2024 / 20:20
132
Azərbaycan millisi İsveçrəyə məğlub olub
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Bakıda İsveçrəni qəbul edib.
B Liqasının I qrupunun matçında komandamız rəqibinə 0:4 hesabı ilə uduzub.
Qeyd edək ki, millimiz yer aldığı B Liqasının I qrupunun ilk matçında səfərdə Macarıstanla heç-heçə edib - 1:1. İsveçrə isə Türkiyəni 3:1 hesabı ilə üstələyib. Azərbaycan millisi mayın 31-də səfərdə “ay-ulduzlular”ın qonağı olacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay