BAKU Azərbaycan
°C

Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) ilə nəqlinin artırılmasının reallaşması üçün texniki və kommersiya həll yollarının analizi aparılır.

Bu barədə APA-Economics SOCAR-da olan mənbəyə istinadən xəbər verir.

“Gələcəkdə BTC vasitəsilə Qazaxıstan neftinin tranzitinin artırılması mümkündür. İlkin razılaşma olaraq 1,5 mln. ton neftin tranziti nəzərdə tutulub və gələcəkdə əməkdaşlıq daha da genişləndirilərək nəql olunacaq qazax neftinin həcminin artırılması planlaşdırılıb. Lakin Qazaxıstan neft həcmlərinə tətbiq olunan mövcud limitləri nəzərə alaraq, bunun reallaşması üçün texniki və kommersiya həll yollarının analizi aparılır”, - mənbə qeyd edib.

Qeyd etmək lazımdır ki, bu ilin martın 23-də SOCAR “Tengiz” yatağında hasil edilən Qazaxıstan neftinin BTC boru kəməri ilə tranzitinə başlayıb. Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə 1,5 mln. ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir.

Xeyr BTC vasitəsilə nəql olunan Qazaxıstan nefti “Azeri Light” markalı neftin keyfiyyətinə heç bir təsir etməyəcək. Çünki qazax neftinin göndərilməmişdən əvvəl xarakteristikası və keyfiyyəti yoxlanılır, həmçinin BTC tərəfindən nəql olunan Qazaxıstan neftinin keyfiyyətinə və həcminə tətbiq olunan limitlər “Azeri Light” neftinin keyfiyyətinin dəyişməsinə icazə vermir”, - mənbə bildirib.

O, əlavə edib ki, nəql imkanlarının məhdudiyyətləri neftin keyfiyyətindən asılıdır və bu məhdudiyyətlər keyfiyyət göstəricilərinin boru kəmərinə uyğunluğunun yoxlanılmasından sonra müəyyən olunur.

Xatırladaq ki, 2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin (Qazaxıstan nefti ilə yüklənmiş) həyata keçirilməsi planlaşdırılır.

SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər