05.06.2023 / 14:00
149
Qaribaşvili Almaniyaya gedir - Şoltsla görüşəcək
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Almaniyaya səfər edəcək.
Gundem.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyunun 9-da baş tutacaq səfər çərçivəsində Qaribaşvili Berlində Almaniya kansleri Olaf Şoltsla görüşəcək.
Məlumata görə, tərəflər xarici siyasət və təhlükəsizlik məsələləri, Avropa siyasəti məsələləri, həmçinin iqtisadi əməkdaşlığı müzakirə edəcəklər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay