BAKU Azərbaycan
°C

İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının prezidenti Abdullah Saleh Kamel ilə görüşdə səmərəli əməkdaşlıq və təşkilata üzv ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub. 

Gundem.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) prezidenti Abdullah Saleh Kamel ilə görüşündə ICCIA-nın Direktorlar Şurasının 35-ci iclasının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Azərbaycan İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv ölkələrlə əməkdaşlığın genişləndirilməsinə önəm verir. Təşkilata üzv ölkələrlə ticarət, sənaye, kənd təsərrüfatı və digər istiqamətər üzrə tərəfdaşlığın inkişaf etdirilməsi üçün geniş potensial var.

Görüşdə Azərbaycanın əlverişli işgüzar mühiti, investorlar üçün tətbiq edilən stimullar, ölkəmizin həyata keçirdiyi layihələr barədə məlumat verilib, yeni əməkdaşlıq imkanları diqqətə çatdırılıb. 
ICCIA-nın prezidenti Abdullah Saleh Kamel üzv ölkələrin təşkilat çərçivəsində Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyini və ölkəmizlə birgə layihələrin reallaşdırılmasına maraq göstərdiyini vurğulayıb, tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər səmərəli əməkdaşlıq və təşkilata üzv ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanları barədə müzakirə aparıblar.

Qeyd: 1976-cı ildə yaradılan ICCIA-nın mənzil-qərargahı Pakistanın Karaçi şəhərində yerləşir. Azərbaycan da daxil olmaqla, 57 ölkənin aparıcı biznesə dəstək təşkilatı Palatanın üzvüdür. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 2015-ci ildə təşkilata üzv olub.

 

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər