BAKU Azərbaycan
°C

Avropada qaz istehlakı Rusiya-Ukrayna müharibəsinin başladığı tarixlə müqayisədə 20 faiz azalıb. 


Gundem.az xəbər verir ki, 2023-cü ildə Avropada qaz istehlakı son 10 ilin ən aşağı səviyyəsinə düşüb. Bunun başlıca səbəbi Avropa ölkələrində qaz istehlakında qənaət rejiminin tətbiqi və daha səmərəli vasitələrdən istifadəyə xərclənən vəsaitlərin artmasıdır. 
Təbii qaza tələbatın azalmasına əsasən Almaniya, İtaliya və Böyük Britaniya səbəb olub. Həmin ölkələr mayeləşdirilmiş təbii qaz (LNG) infrastrukturunun qurulmasına böyük məbləğdə vəsait xərcləyiblər. Bu ölkələrdə son 2 ildə 8 idxal terminalı fəaliyyətə başlayıb, 2030-cu ilə qədər daha 13 terminalın fəaliyyətə başlaması gözlənilir. 
Proqnozlaşdırılır ki, Avropanın LNG terminallarının sayı yaxın 10 il ərzində davamlı artırılacaq. Terminalların sayının nəzərdə tutulan həddə çatmasından sonra Avropa LNG qəbulunu 3 dəfə artıra biləcək.

LNG tədarükünün artması Avropanın ABŞ, Kanada kimi uzaq regionlarda yerləşən istehsalçılardan da qaz alışını artıracaq.
Hələlik avropalılar yaxın bazarlardan LNG idxalını artırmağı üstün tutur. İlkin mərhələdə Rusiyadan LNG tədarükü 11 faiz artıb. Avropalı ekspertlər Rusiyanın sıxılmış qaz alışının müvəqqəti xarakter daşıdığını və gələcəkdə digər istehsalçılardan alışların artacağını proqnozlaşdırırlar.  (Sfera.az)

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər