BAKU Azərbaycan
°C

Son illərdə dünyada elektrik enerjisi istehsalında Günəş panellərindən istifadə xeyli genişlənib. 
Gundem.az xəbər verir ki, bu sahədə liderlik Çinə məxsusdur. 2023-cü ilin nəticələrinə görə, Çin Günəş panellərinin quraşdırılmasına ən çox vəsaiti qoyan ölkədir. 
Son bir ildə Çin Günəş elektrik stansiyalarının gücünü əvvəlki illərlə müqayisədə xeyli artırıb. Ölkənin Energetika Nazirliyinin məlumatlarına görə, 2023-cü ildə əlavə edilən yeni güc 216 gigavat (GW) olub. Bir GW 1 milyon kilovata bərabərdir.
2022-ci ildə Çində 87 giqavat gücündə panellər quraşdırılmışdı. 
Müqayisə üçün bildirək ki, yenilənən enerjiyə böyük önəm verən Almaniyada 2023-cü ildə Günəş panellərinin gücü 14,1 giqavat artırılıb. 
Almaniyada Günəş panellərini əsasən binaların dam hissəsində quraşdırırlar. Çində isə Günəş panellərinin quraşdırılması üçün böyük ərazilər ayrılıb və burada çoxlu sayda panel yerləşdirilir. 

Çin proqnozlaşdırır ki, yenilənə bilən enerji növlərindən istifadə etməklə 2060-cı ilə kimi karbon emissiyasını sıfır həddinə endirəcək. 
Azərbaycanda da Günəş elektrik stansiyalarına (ES) sərmayə qoyulur, yeni güclər yaradılır. 2023-cü ilin əvvəlinə olan məlumata əsasən, Günəş ES-lərin gücü 51,2 MVatdır (bir MVat=1000 kilovat). 2015-ci ildə Günəş ES-lərin gücü 4,8 MVat idi. (Sfera.az) 

Son xəbərlər

"Heydər Əliyev Fondunun əsas qayəsi Ulu Öndərin irsini yaşatmaqdır" - Millət vəkili

Bakı sakininə xəsarət yetirərək telefonunu əlindən ALDILAR

Azərbaycan QHT-ləri UNESCO-nun Baş direktoruna açıq məktub ÜNVANLADI

"Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərməliyik" - MM-də TƏKLİF

Güclü külək Sumqayıtda işıq dirəklərini AŞIRDI -FOTO

"Ulu Öndər xalqımızı qloballaşma əsrinə gətirib çatdırıb" - Sahibə Qafarova

Mayın 12-də Azərbaycan dili imtahanı KEÇİRİLƏCƏK

Mayda bu bürcləri böyük məbləğlər gözləyir

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü BAŞLADI

Milli Məclisin iclası BAŞLADI - 18 məsələ MÜZAKİRƏ EDİLİR

Robert Simoniç: "Azərbaycan və Slovakiya qarşılıqlı ticarət dövriyyəsini artırmağa davam edəcəklər"

Bakıda 4-cü DİM Dialoqu keçirilir

Mikayıl Cabbarov: "Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən etibarlı ticarət yolunun yaranmasında mühüm rol oynayıb"

Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO

Azərbaycan elminə AĞIR İTKİ - FOTO

Azərbaycan və Slovakiya arasında sənədlər İMZALANDI

Nazir: "Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir"

Bakıda Azərbaycan-Slovakiya Biznes Forumu BAŞLADI

Bu rayonlarda qaz OLMAYACAQ - XƏBƏRDARLIQ

Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO

Bütün xəbərlər