BAKU Azərbaycan
°C

Azərbaycanda ötən il atların sayında ciddi azalma qeydə alınıb. 


Gundem.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bir il ərzində ölkəmizdə atların sayı 3500 baş azalaraq 53 076 başa düşüb. 2022-ci ildə Azərbaycanda 56 576 baş at var idi və il ərzində onların sayı 6,2 faiz azalıb. 


Ölkəmizdə atların sayının azalmasını mal ətinin bahalaşmasından sonra ucuz at ətinə tələbin artması və qismən ixracla əlaqələndirmək olar. Mal ətinin bahalaşmasından sonra ara-sıra camış, at, hətta eşşək ətinin kəsilərək inək əti adı altında satılmasına dair faktlar üzə çıxır. Bu cür faktlar da göstərir ki, Azərbaycanda atların bir hissəsi ətlik məqsədilə kəsilir. 


Qeyd edək ki, Azərbaycan qanunlarına görə at ətinin satılması qadağan deyil, bir şərtlə ki, atın əti öz adı altında satılsın. Azərbaycanda at ətinə tələb olmadığına görə bu heyvanların əti adətən inək əti adı altında satışa verilir. Hazırda atın qiyməti inək naxırına aid olan cavan heyvanların qiymətindən çox aşağı olduğundan daha çox pul qazanmaq istəyən qəssabxanalarda at ətinə tələb artır. 


Son illərdə Azərbaycandan diri atların ixracı da artıb. Orta Asiya ölkələri Azərbaycandan hər il bir neçə yüz baş diri at idxal edir. 


Qeyd etdiyimiz hər iki amil atların sayının azalmasına səbəb olur. 


Bəs ölkəmizdə ən çox at hansı rayon və şəhərdə saxlanılır, atların sayında azalma harada daha çox müşahidə edilib?

Son bir ilin statistikası göstərir ki, atların sayında daha çox azalma Şahbuz, Ağcəbədi, Ağstafa, Gədəbəy, Xaçmaz, Quba, İmişli, Ordubad , Kəngərli və Balakən rayonlarında qeydə alınıb. 


Şahbuz rayonunda atların sayı bir neçə dəfə azalaraq 1240 başdan 478 başa düşüb. Bu rayondan başqa atların sayı Ordubadda 617 başdan 403 başa, Kəngərli rayonunda 387 başdan 247 başa, Ağcəbədi rayonunda 1275 başdan 1046 başa, Ağstafa rayonunda 1759 başdan 1506 başa, Gədəbəydə 1437-dən 1303-ə, Xaçmazda 1674-dən 1551-ə düşüb.  


Atların sayında ən çox artım isə Cəlilabadda (1583 başdan 2000 başa), Sabirabadda (1583 başdan 1799 başa),  Laçında (1480 başdan 1631 başa) olub. 


Ümumilikdə, ölkəmizdə ən çox at Zaqatala (3590 baş), Quba (2528 baş), Cəlilabad (2000 baş) rayonlarında saxlanılır.  (Sfera.az) 

Son xəbərlər

Mikayıl Cabbarov: "Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən etibarlı ticarət yolunun yaranmasında mühüm rol oynayıb"

Azərbaycan elminə AĞIR İTKİ - FOTO

Azərbaycan və Slovakiya arasında sənədlər İMZALANDI

Nazir: "Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir"

Bakıda Azərbaycan-Slovakiya Biznes Forumu BAŞLADI

Bu rayonlarda qaz OLMAYACAQ - XƏBƏRDARLIQ

Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Bakıda 17 min manata pişik satılır - VİDEO

Sabah 4 rayonda qaz olmayacaq

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

HƏMAS İsraillə atəşkəsə RAZILAŞDI

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

Dünya çempionu vəfat etdi - FOTO

Nazir Ülviyyəni qəbul etdi

ABŞ səfirindən PAYLAŞIM: "Şuşada olduğuma görə xoşbəxtəm"

ABŞ səfirinin ŞUŞA SƏFƏRİ: “Bununla da Ermənistana…” - AÇIQLAMA

"Gizlənə bilməyəcəksiniz, fəlakətiniz olacaq" - Medvedevdən XƏBƏRDARLIQ

Slovakiyanın Baş naziri Azərbaycana YOLA DÜŞDÜ

Vilayət Eyvazov onu rəis TƏYİN ETDİ

Bütün xəbərlər