BAKU Azərbaycan
°C

Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın dəstəyi, “Dance Ability Azərbaycan” İnklüziv Rəqs Şirkətinin təşkilatçılığı ilə “Bütün Vücudlar Danışır” sosial layihəsi üzrə növbəti təlim keçirilib.

Su İdman Sarayında baş tutan təlimdə əlilliyi olan şəxslərə “DanceAbility” metodu ilə yeni bacarıqlar öyrədilib. “DanceAbility” metodu təhlükəsiz və qərəzsiz mühit yaradaraq insanlara rəqs vasitəsilə öz emosiyalarını ifadə etmək bacarığı qazandırır. Həmçinin təlim əlilliyi olan və olmayan şəxslər arasında  empatiya əsaslı ünsiyyət yaradır. 8 aydır davam edən layihədən ümumilikdə 500-ə yaxın şəxs iştirak edib.

Kapital Bank-ın da Korporativ Sosial Məsuliyyət layihəri çərçivəsində dəstək olduğu layihənin məqsədi əlilliyi olan şəxslərin həyat keyfiyyətinin yüksəldilməsi, inklüzivlik, bərabərlik və müyəssərlik meyarlarının artırılmasıdır. Layihə sağlamlıq imkanları məhdud olan uşaqları, qaziləri və ahıl şəxsləri əhatə edir.  

Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil olmaq kifayətdir.

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər