BAKU Azərbaycan
°C

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə "Bakı KOB evi"ndə "Qanunvericilikdə sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan islahatların biznes mühitinə təsiri imkanları" mövzusunda ictimai müzakirə təşkil olunub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvlərinin, aidiyyəti dövlət qurumlarının, biznes assosiasiyaların nümayəndələrinin və iş adamlarının iştirakı ilə keçirilən tədbirdə sahibkarlıq sahəsində mövcud qanunvericiliyə, bu sahədə aparılan islahatların biznes mühitinə təsirinə və nəzərdə tutulan yeniliklərə dair fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Tədbirdə KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov İctimai Şuranın ötən ilki fəaliyyəti barədə məlumat verib, şuranın təşkilatçılığı ilə 2023-cü ildə 500-dən çox sahibkarın iştirakı ilə müxtəlif mövzularda 7 ictimai müzakirənin, görüş və digər tədbirlərin keçirildiyini bildirib. 2024-cü ildə də KOBİA yanında İctimai Şura çərçivəsində KOB-ların iştirakı ilə bir sıra tədbir və görüşlərin keçirilməsi nəzərdə tutulur.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisin qəbul edilmiş qanunların və onlara edilən dəyişikliklərin sahibkarlara təsirini izləmək üçün mütəmadi olaraq iş adamları, biznes assosiasiyalar ilə görüşlər keçirdiyini, bugünkü ictimai müzakirənin də sahibkarların fikir və təkliflərini dinləmək üçün əlverişli platforma olduğunu bildirib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, sahibkarlıq fəaliyyəti zamanla ayaqlaşdığı üçün müasir çağırışlar və yeni tələblər qanunvericilikdə də öz əksini tapmalıdır. Bildirilib ki, yeni qanunların qəbulu və mövcud aktların təkmilləşdirilməsi prosesində sahə üzrə maraqlı tərəflər müzakirələrdə daha aktiv iştirak etməlidir. Son zamanlar qəbul edilmiş "Dövlət satınalmaları haqqında", "Arbitraj haqqında", "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanunlar, Rəqabət Məcəlləsi yeni fəaliyyət istiqəmətlərini tənzimləməklə müvafiq sahələrin və sahibkarlığın inkişafına töhvə verəcək. Həmçinin gömrük, vergi məcəllələrinə, sahibkarlıq fəaliyyətinə birbaşa və dolayı təsir edən digər normativ sənədlərə edilən dəyişikliklər də bu sahədə aparılan islahatların davamlılığına və biznes mühitinin inkişafına yönələn addımlardır. Təkcə 2023-cü ildə KOBİA tərəfindən 240-a yaxın normativ sənəd layihəsinə rəy və təkliflər bildirilib. Hazırda da sahibkarlıq sahəsi ilə bağlı yeni normativ hüquqi aktların layihələrinin hazırlanması və mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Məqaləyə dair fotomateriallar:

 

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər