BAKU Azərbaycan
°C

“2024-cü ilin ilk 2 ayı ərzində ÜDM illik müqayisədə 5 faizlik artım göstərib və 18 milyard 577 milyon manata çatıb”.

Gundem.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.

“İqtisadiyyatın neft-qaz sektorundan asılılığının azaldılması nöqteyi-nəzərdən qeyri-neft sektorunda 10 faizlik artım faktı xüsusilə sevindiricidir. Bu, real iqtisadiyyatın payının getdikcə böyüdüyünün göstəricisidir. Ticarətdən tutmuş kənd təsərrüfatınadək bütün sahələrdə ÜDM artımı müşahidə olunur, ancaq sənayedəki 40 fazlik yüksəlişi xüsusilə qeyd etmək lazımdır. Yanvar-fevral aylarında 10,2 milyard manatlıq sənaye məhsulu istehsal olunub. 

İqtisadiyyata investisiya yatırımı ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz artıb. Burada da qeyri neft-qaz sektorundakı vəziyyət ürəkaçandır. Bu sferaya yatırılan investisiyanın həcmində 17 faizlik yüksəliş var. Biz müşahidə edirik ki, dövlət kapitalı ilə yanaşı özəl investisiyanın da payının artımı baş verir.

Orta aylıq əməkhaqqı 10 faiz artıb. Hər nəfərə düşən ÜDM 1800 manatdan çox olub. Sosial sferada ciddi nəticələr qeydə alınır. İlin ilk iki ayında pensiya ödənişlərində 14 faiz, müavinət ödənişlərində 6 faiz, təqaüd ödənişlərində 2 faiz artım var”, - deputat qeyd edib.

Millət vəkili bildirib ki, bu gün Azərbaycan işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda misilsiz quruculuq işləri həyata keçirir:

“Bütün bunları sadə dillə desək, öz pulumuz və maliyyəmiz olmadan etmək mümkünsüz idi. Bu gün Azərbaycan dünyada bəlkə də yeganə dövlətdir ki, bunu edə bilir və bu fakt xarici maliyyə institutları və beynəlxalq iqtisadi ekspertlərin də diqqətindən yayınmır. Hökümətə fəaliyyətində yeni uğurlar arzulayıram”. (Sfera.az)

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər