BAKU Azərbaycan
°C

15 mart 2024-cü il tarixində “PAŞA Həyat Sığorta” ASC və “Baku City Residences” daşınmaz əmlak şirkəti arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Gundem.az xəbər verir ki, imzalanan saziş çərçivəsində tərəflər öz fəaliyyət sahələrinə uyğun olaraq əməkdaşlıq əlaqələrinin formalaşdırılması və möhkəmləndirilməsi üçün məlumat və təcrübə mübadiləsi aparacaqlar.

Memorandumda sərmayə yığımları davamlı və sabit xarakter daşıyan şəxslər üçün yaşayış şəraitinin, daşınmaz əmlakın əldə edilməsi şərtlərinin yaxşılaşdırılması, əlavə imkanların və imtiyazların yaradılması kimi müddəalar da öz əksini tapıb.

Anlaşma Memorandumu çərçivəsində, “PAŞA Həyat” və “Baku City Residences” öz fəaliyyət sahələrinə uyğun olan müxtəlif istiqamətlər üzrə təcrübə və məlumat mübadiləsini, eyni zamanda ölkədə sığortanın təbliğ edilməsini, sığorta məhsulları barədə daha geniş kütlələrin məlumatlandırılması üçün maarifləndirmə və məlumatlılığın artırılmasını həyata keçirəcəklər. Bu əməkdaşlıq nəticəsində müştərilərin reinvestisiya imkanlarının yaradılması üçün yeni üfüqlər açılacaq. 

“PAŞA Həyat” haqqında 

“PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat” 24.11.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

“PAŞA Həyat” dinamik inkişaf edən lider həyat sığortası şirkəti olmaqla hazırda Azərbaycan Respublikasının Sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası sinfinə aid olan bütün növ məhsulları müştərilərinə təqdim edir.

“PAŞA Həyat” İcbari Sığorta Bürosunun iştirakçısıdır.

“Baku City Residences” haqqında
“Baku City Residences” Azərbaycan daşınmaz əmlak bazarında özünəməxsus yerə və 10 il ərzində zəngin təcrübəyə malik olan bir brenddir.



Müasirliyi və komfortu özündə birləşdirən “Baku City Residences”, müştərilər üçün ehtiyac duyulan xidmətləri vahid məkanda əlçatan edir.



“Baku City Residences” qısa müddət ərzində düşünülmüş rahatlığı ilə seçilən “Baku City Residences Olimpik”, “Baku City Residences Khatai”, “Bayıl Bay”, “Yacht Club Residences”, “Şuşa Residences” kimi layihələrə imza atıb.





Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər