BAKU Azərbaycan
°C

İqtisadi artım qeyri neft-qaz sektorunun hesabına təmin edilir. 


Gundem.az xəbər verir ki, bunu Azərbaycanın birinci rübə dair iqtisadi yekunlarını şərh edən zaman millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib.  
V.Bayramov qeyd edib ki, 2024-cü ilin birinci rübünün makro-iqtisadi yekunlarında 2 mühüm məqam diqqəti çəkir: 
“Birincisi, iqtisadi artım daha çox qeyri neft-qaz sektoru hesabına formalaşıb. Belə ki, qeyri-enerji sektorundakı 6,7 faizlik artım ÜDM-də 4 faiz artıma səbəb olub. İkincisi, nəticələr göstərir ki, neft-qaz sektoru stabilləşmə mərhələsinə qədəm qoya bilər. Uzun müddətdli azalmadan sonra enerji sektorunda 0,4 faiz artım qeydə alınıb”.

Millət vəkilinin fikrincə, birinci rübün nəticələri iki digər mühüm nəticəyə gəlməyə də əsas verir: “Qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatların dərinləşməsi əhəmiyyətini daha da gücləndirib. Çünki artıq yeni mərhələdə ÜDM-nin artımı qeyri-enerji sektorundakı dəyişikliklərdən birbaşa asılı olacaq. 
Digər tərəfdən, ÜDM ilə yanaşı ümumi ixrac və fiskal gəlirlərdə də qeyri-enerji sektorunun payının artırılması vacibdir. Praktik olaraq, iqtisadi artımda drayverə çevrilən qeyri neft-qaz sektoru digər makro-iqtisadi göstəricilərdə də xüsusi paya malik ola bilər. 
İkincisi, neft sektorunda yaranan dəyərə hasilat ilə yanaşı “qara qızılın” qiyməti birbaşa təsir göstərir. Bu da bu sektorda hasilatın tam stabilləşməsini daha da aktuallaşdırır”. (Sfera.az)

Son xəbərlər

ABŞ səfirindən PAYLAŞIM: "Şuşada olduğuma görə xoşbəxtəm"

ABŞ səfirinin ŞUŞA SƏFƏRİ: “Bununla da Ermənistana…” - AÇIQLAMA

"Gizlənə bilməyəcəksiniz, fəlakətiniz olacaq" - Medvedevdən XƏBƏRDARLIQ

Slovakiyanın Baş naziri Azərbaycana YOLA DÜŞDÜ

Vilayət Eyvazov onu rəis TƏYİN ETDİ

Türkiyə ordusu daha 7 terrorçunu məhv etdi

COP29-la bağlı iki xəstəxana AYRILDI

Əhaliyə bu tarixlərlə bağlı XƏBƏRDARLIQ - Ehtiyatlı olun!

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTOLAR

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

Məhkəmədən Anar Məmmədli ilə bağlı QƏRAR

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün vaxtı AÇIQLANDI

Ukrayna savaşında YENİ MƏRHƏLƏ: “Zaman Kiyevin əleyhinədir, Moskva isə...”

Bu rayonlarda işıq OLMAYACAQ - ƏHALİYƏ XƏBƏRDARLIQ!

Bəzi yerlərə leysan yağdı, dolu düşdü - FAKTİKİ HAVA

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

Bütün xəbərlər