BAKU Azərbaycan
°C

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin edilməsi ölkənin qarşısında duran mühüm vəzifələrdən biridir. Bu, ölkənin dayanıqlı inkişafının zəruri şərtlərindəndir.

Regionların sosial-iqtisadi inkişafı ölkənin mono-iqtisadi sabitliyinin təmin edilməsində, ölkədə işsizlik probleminin aradan qaldırılmasında, ticarət dövriyyəsinin artmasında mühüm amil hesab olunur.

Sosial inkişaf dedikdə əhalinin rifah səviyyəsinin və firavanlığının yüksəldilməsi nəzərdə tutulur. İqtisadi inkişaf isə ölkə miqyasında istehsal və istehlakda kəmiyyət və keyfiyyət irəliləyişlərini əks etdirir. Bunlar bir-biri ilə sıx bağlıdır.

Bəs regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir?

Gundem.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün əsas məsələ idarəetmə forması ilə bağlı problemlərin aradan qaldırılmasıdır.

“Yeni idarəetmə formalarının tətbiq edilməsinə ehtiyac var. Həm də regionlarda inzibati ərazi vahidləri də dəyişdirilməlidir. Bundan əlavə, sahibkarlar üçün ən effektiv güzəşt mexanizmləri olan kredit siyasətinin yumşaldılmasıdır. Sahibkarların bazarlarda mövqelərinin güclənməsini əngəlləyən əsas nüans kredit faizlərinin yüksək olmasıdır. Bununla yanaşı, sahibkarlardan böyük girov bazası tələb olunur. Onların da əksəriyyəti girov bazasına malik deyil. Kredit və maliyyə resurslarına çıxışın asanlaşdırılması regional inkişafı təmin edir. Bu da özlüyündə ölkənin iqtisadi inkişafına zəmin yaradır”.

Ekspert qeyd edib ki, dövlət qurumlarının da sayı kifayət qədər çox olmasına baxmayaraq, kredit resurslarına çıxış olduqca məhduddur.

"Bu sahədə islahatların aparılmasına ehtiyac var. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2004-cü ildən bəri bir neçə dövlət proqramları təsdiq olunub və həyata keçirilib. Bu günə qədər regionların əsas inkişaf planlarında paytaxtla region arasında qeyri-bərabər inkişafın minimuma endirilməsi, əhalinin rayonlardan iri şəhərlərə köçünün qarşısının alınması, regionlarda yeni iş yerlərinin açılması və s.məsələlər nəzərdə tutulub. O cümlədən regionlarda da infrastrukturun bərpası prioritet məsələlərdən biridir. İndiyə qədər bu sahədə bütün bölgələrimizdə xeyli işlər görülüb və bu proses davam etdirilir”.

Milli Məclisin deputatı Sədaqət Vəliyeva isə bildirib ki, ölkəmizdə regionların sosial-iqtisadi inkişafı hər zaman Azərbaycan dövlətinin və Prezidentimiz İlham Əliyevin xüsusi diqqət mərkəzində olub.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü ildən etibarən ölkə iqtisadiyyatında yeni bir istiqaməti – regionların sosial-iqtisadi inkişafını dövlət siyasətinin prioritet istiqaməti olaraq elan etdi. Həmin dövrdən başlayaraq bu istiqamətdə davamlı Dövlət Proqramları və digər bir sıra sosial - iqtisadi tədbirlər, abadlıq-quruculuq işləri, böyük infrastruktur aqrar və sənaye layihələri həyata keçirilməyə başlandı. Görülən bütün işlərə birbaşa ölkə başçımız şəxsən özü nəzarət edir, mütəmadi olaraq bölgələrimizə səfərlər edərək, görülən işlərlə yaxından tanış olur. Bütün bunlar Azərbaycan Prezidentinin regionların sosial-iqtisadi inkişafına olan diqqətinin və insan amilinə verdiyi yüksək dəyərin göstəricisidir”.

Deputat qeyd edib ki, bu gün Azərbaycan dünyada hökm sürən iqtisadi təlatümlərdən, böhranlardan tam kənardadır və Bakı ilə yanaşı regionlarımızda da dayanıqlı inkşaf tempi müşahidə olunur.

“Eyni zamanda işğaldan azad olunmuş ərazilərimizdə də sürətli bərpa-quruculuq işləri davam etdirilir. Əlbəttə bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi müdrik və unikal siyasətin nəticəsində mümkün olub”.

 

 

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər