BAKU Azərbaycan
°C

ABŞ-da depressiyanı müalicə edəcəyi bildirilən beyin implantı ilk dəfə insana implantasiya edilib. İlon Maska məxsus "Neuralink" 6 aydan sonra insan sınaqlarına başlamağa hazırlaşarkən, rəqib şirkətdən diqqətəlayiq addım atılıb.

Gundem.az  xəbər verir ki, "Inner Cosmos" şirkəti depressiyanı müalicə etdiyini iddia etdiyi beyin implantının ilk insan sınaqlarını həyata keçirib.

Sözügedən cihaz iki hissədən ibarətdir: Dərinin altında yerləşdirilən elektrod və cihazı gücləndirmək üçün istifadəçinin saçına yapışdırılan kapsul. Kapsul depressiyadan təsirlənən beyin sahəsinə kiçik elektrik impulsları göndərən sikkə ölçülü implantı gücləndirir.

Şirkət müalicənin gündə cəmi 15 dəqiqə olduğunu iddia edir. Gələn ay cihazın ikinci xəstədə sınaqdan keçirilməsi planlaşdırılır.

Bu yaxınlarda Maskın beyin çipi layihəsi "Neuralink" bir meymun üzərində sınaqdan keçirilib. Peycer adlı 9 yaşlı meymun sınaq çərçivəsində düşüncə gücü ilə video oyunu oynamağı bacarıb.

Mask gələcəkdə iflic olan xəstələrin beyin çipi sayəsində əzələlərini hərəkət etdirə və düşüncə gücü ilə yeriyə biləcəklərini bildirir. Milyarder dəfələrlə qeyd edib ki, sözügedən texnologiya ilə Alzheimer və Parkinson kimi xəstəliklər də müalicə edilə bilər. /publika.az/

Son xəbərlər

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Qəzzada öldürülən jurnalistlərin sayı 141-ə ÇATIB

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Xavi “Barselona”da qalacaq

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Ağdamda iki hotel tikilir

Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Almaniya klubunun stadionunda bomba tapıldı

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Azərbaycan çempionu bəlli oldu

Dünyanın sonu - Ən inandırıcı 3 qiyamət nəzəriyyəsi

Gürcüstan müxalifəti 3 gün sonra yeni mitinq keçirəcək

Tanzaniyada 200 min insan daşqınlardan zərər çəkdi

Danimarka Ukraynaya hərbi yardımını artıracaq

Avtomobillər ucuzlaşdı - Səbəb

Ağdam Cümə məscidində ilk Azan oxundu - VİDEO

Cəlilabadda qəza - iki nəfər yaralandı

Bütün xəbərlər