BAKU Azərbaycan
°C

İnsanlar müxtəlif hərəkətlər etməklə sahib olduqları əlavə kaloriləri yandırmaq istəyirlər. Lakin heç də hər kəs hansı hərəkətin kalori yandırılmasında daha səmərəli olduğunu bilmir.


Gundem.az xəbər verir ki, “Today” nəşri mütəxəsislərin rəyi əsasında ən çox kalori yandıran 9 hərəkəti müəyyən edib. 


Müəyyən edilən göstəricilər 2 dəqiqə hərəkət edən 68 kiloqram ağırlığında bir şəxs üçün hesablanıb.

 

Həmin hərəkətləri və sərf olunan enerji miqdarını təqdim edirik:


1. İplə orta sürətlə tullanma. Bu hərəkət zamanı təxminən 375 kalori yandırılır. İplə tullanma yağ itirməyə, əzələ yığmağa və çevikliyi inkişaf etdirməyə kömək edə bilər. Bu hərəkət qarın nahiyyəsində əzələlərin inkişafına da kömək edir.


2. 15-20 km/saat sürətlə qaçış. Bu cür qaçış təxminən 330 kalori yandırır. 


3. Sürətli yerimək. Sürətli yeriş zamanı 306 kalori yandırılır. Məlum olub ki, 8 km/saat sürətlə yerimək qaçış qədər kalori yandırır. Sürətli gəzinti həm aşağı, həm də yuxarı ətrafların hərəkətinə səbəb olur. Buna görə də insanlar sürətli yeriyən zaman çoxlu miqdarda enerji sərf edir.


4. İdman velosipedində orta və nisbətən yüksək sürətlə hərəkət. Bu cür hərəkət zamanı 250-380 kalori yandırılır.  


5. Gimnastika. Sadə bədən idmanı zamanı insanlar 272 kalori sərf edir. 


6. Pilləkənləri qalxmaq da enerji sərfiyyatını artırır. Bu hərəkət sayəsində 272 kalori sərf olunur.  Pilləkənləri qalxan zamanı bədənin ürək və əzələ sistemi güclü işlədiyindən böyük miqdarda enerji yandırılır.


7. Kardio rəqsi. Bu cür rəqslər zamanı orqanizm 190 kalori yandırır.


8. Əzələlərin gücləndirilməsinə xidmət edən təlim. Belə təlimlər zamanı 100-200 kalori yandırılır. Əzələ gücünü artırmaq sümük sıxlığını yaxşılaşdırır, oynaqların elastikliyini artırır, tarazlığı yaxşılaşdırır, zədələnmələrin qarşısını alır, maddələr mübadiləsini artırır və kaloriləri yandırır. Üstəlik, əzələləri gücləndirdikdə hətta istirahət zamanı da çox kalori yandırılır. 


9. Yoqa. Bu növ idman 144 kalorini yandırmağa kömək edir. Yoqa zamanı az kalori yandırılsa da, onun elastikliyin artırılması, ürək sağlamlığının yaxşılaşması, ağrıların azaldılması və zehni sağlamlığın yaxşılaşdırılması kimi mühüm faydaları var. Yaşı 40-dan yuxarı olan hər kəsə tövsiyə edilən ən yaxşı məşq yoqadır.  (Sfera.az)

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər