BAKU Azərbaycan
°C

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) 20-yə yaxın üzvün qurumu tərk etməsi barədə xəbərlərə aydınlıq gətirib.

İttifaqdan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ARKİ-nin nizamnaməsinə əsasən səbəbindən asılı olmayaraq, istənilən şəxs istənilən vaxt üzvlükdən imtina etməklə əlaqədar ərizə ilə müraciət edə bilər.

"Mətbuatda adları təqdim edilən ARKİ-nin bəzi üzvlərinin üzvlükdən imtina etməsi ilə əlaqədar olaraq bildiririk ki, üzvlükdən imtina ilə əlaqədar heç bir müraciət daxil olmayıb. Adları mətbuata təqdim edilən bəzi üzvlərlə əlaqə saxlanılıb, lakin həmin üzvlər xəbəri mətbuatdan eşitdiklərini və üzvlükdən imtina barədə nə şifahi, nə də yazılı müraciət etmədiklərini ifadə edərək əksinə adlarından istifadə edərək, bu xarakterli məlumatın yayılmasına tənqidi yanaşdıqlarını bildiriblər", - rəsmi açıqlamada deyilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından istefa verənlər arasında Xalq artistləri Ramiz Məlik, Əbdül Mahmudov, Əməkdar artistlər Gülşad Baxşıyeva, Münəvvər Əliyeva, Əməkdar rəssam Fikrət Ələkbərov, ssenarist Reyhan İsayeva və digərlərinin olduğu deyilir.

Son xəbərlər

İlham Əliyev Edvard Rounu qəbul etdi

FHN-dən hava şəraiti ilə əhaliyə müraciət

Anar Məmmədli barədə qərar verildi

30 aprel - Beynəlxalq Caz Günüdür

Rəsmi Bakı Fransadan Azərbaycanın daxili işlərinə qarışmamağı TƏLƏB ETDİ

Ceyhun Bayramov Qətərin Baş naziri ilə GÖRÜŞDÜ

Soyuq və isti hava elektromobillərin fəaliyyətinə pis təsir göstərir - TƏHLİL

XİN başçısı: "Azərbaycanın tərəfdarı olduğu birbaşa sülh danışıqları ən effektiv və uğurlu xətt kimi özünü doğruldub"

Psixoloq, psixiatr və nevroloq: Bu anlayışları necə fərqləndirmək olar?

Baş Prokurorluq əməliyyat keçirdi: Vəzifəli şəxslər SAXLANILDI - YENİLƏNDİ

Mayın 1-i və 2-si ilə bağlı əhaliyə XƏBƏRDARLIQ!

Məhkəmədən Elnarə Qasımova ilə bağlı QƏRAR

Şuşanı düşməndən təmizləyən Xüsusi Təyinatlı Qüvvələr 25 yaşında

Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq GENİŞLƏNDİRİLİR

Başkəndlə bağlı fikirlər SƏS-KÜY YARATDI: “Ora bizim üçün əvəzsizdir” 

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti İCLASI OLDU

Məşhur aktrisa VƏFAT ETDİ - FOTOLAR

Peruda AVTOBUS QƏZASI - 25 ölü, 13 yaralı

Bu xanıma yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Dünya bazarlarında neft UCUZLAŞDI

Bütün xəbərlər