BAKU Azərbaycan
°C

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2023-2024-cü illər üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu korrektə edib.

Gundem.az EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102,72 mln. barel səviyyəsində olacaq, bu da öncəki proqnozdan 0,03 mln. barel çoxdur. 2023-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 2024-cü ildə qlobal tələbat üzrə artım 1,85 mln. barel təşkil edə bilər.

Hesabata əsasən, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 100,87 mln. barel səviyyəsində olacaq ki, bu da əvvəlki proqnoz göstəricisindən 0,03 mln. barel azdır. 2022-ci ilin göstəricisi ilə müqayisədə 2023-cü ildə qlobal tələbat üzrə artım 1,44 mln. barel təşkil edəcək.

Qeyd olunur ki, 2022-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 99,43 mln. barel olub, bu da illik müqayisədə 1,82 mln. barel çoxdur.

Xatırladaq ki, 2021-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 97,56 mln. barel olub. 2020-ci ildə qlobal gündəlik istehlak 91,81 mln. barel təşkil edib, 2019-cu ildə isə bu göstərici 101,23 dollar səviyyəsində olub.

Beləliklə, EIA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, maye karbohidrogenlərə olan tələbat koronavirus pandemiyasından əvvəlki səviyyəni bu il yox, gələn il ötəcək.

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər