BAKU Azərbaycan
°C

Bəzi sosial şəbəkə səhifələrində polis əməkdaşları tərəfindən vətəndaşların şəxsi vəsaiti hesabına yaşayış binalarında müşahidə kameraların quraşdırılması ilə bağlı iddialar yayılıb.

Bununla bağlı DİN-in mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev cavablandırıb:

"İctimai yerlərdə – əhalinin sıx və hərəkətin intensiv olduğu küçə və prospektlərdə, parklarda, xiyabanlarda, keçidlərdə müşahidə kameraları dövlət tərəfindən quraşdırılıb və bu işlər bu gün də davam etdirilir. Vətəndaşlara məxsus obyektlərdə və yaşayış binalarında isə DİN tərəfindən videomüşahidə kameraları quraşdırılmır. Bu işlər qanunvericiliyə görə yalnız mülkiyyətçilər və mənzil sahibləri tərəfindən özlərinin şəxsi vəsaitləri hesabına həyata keçirilir.  

Bəzi sosial şəbəkə səhifələrində çoxmənzilli yaşayış binalarında müşahidə kameraların quraşdırılmasından bəzi şəxslərin narahatlığı ilə bağlı qəsdən məlumatlar yayırlar.

Bununla əlaqədar bildirirəm ki, minlərlə vətəndaş DİN-ə müraciət edərək bu cür kameraların onlara məxsus obyektlərdə, yaşadıqları binların girişlərində qoyulmasına köməklik göstərmələrini xahiş edir. Vətəndaşlarımız yaxşı bilirlər ki, müşahidə kameraları olarsa onlara məxsus obyektlərin  etibarlı mühafizəsi təmin olunacaq, yaşayış binalarının girişlərində antisanitar vəziyyət və arzuolunmaz insanların ora toplaşmalarına qarşı mübarizə daha effektli olacaq. Vətəndaşlarımızın bu təşəbbüsü polis əməkdaşları tərəfindən yalnız təşviq edilir. Kameraların alınması və quraşdırılması isə obyekt və mənzil sahibləri tərəfindən təşkil olunur. 

Vətəndaşlarımız tərəfindən 200 mindən çox fərdi videomüşahidə vasitələri quraşdırılıb ki, bu işin təşkili polis əməkdaşlarının təşəbbüsü ilə təşviq edilib. Həmin kameralar “Təhlükəsiz şəhər” sisteminə daxil edilmir. Lakin obyektlərdə və yaşayış binlarının girişlərində olan kameraların görüntülərindən cinayətlərin qarşısının alınmasında və açılmasında istifadə olunur. 

Bir daha diqqətə çatdırırıq ki, obyektlərdə, yaşayış binlarında fərdi müşahidə kameralarının polis əməkdaşları tərəfindən quraşdırılması ilə bağlı iddialar tam əsassızdır, həqiqəti əks etdirmir. 

Onu da qeyd edim ki, vətəndaşlara məxsus obyektlərdə və yaşayış binalarının girişində kameraların quraşdırılmasından o şəxslər narahatdırlar ki, öz həyat tərzlərinin, qanunsuz əməllərinin ifşa olunmasından ehtiyat edirlər".

Son xəbərlər

FHN-dən hava şəraiti ilə əhaliyə müraciət

Anar Məmmədli barədə qərar verildi

30 aprel - Beynəlxalq Caz Günüdür

Ceyhun Bayramov Qətərin Baş naziri ilə GÖRÜŞDÜ

Soyuq və isti hava elektromobillərin fəaliyyətinə pis təsir göstərir - TƏHLİL

XİN başçısı: "Azərbaycanın tərəfdarı olduğu birbaşa sülh danışıqları ən effektiv və uğurlu xətt kimi özünü doğruldub"

Psixoloq, psixiatr və nevroloq: Bu anlayışları necə fərqləndirmək olar?

Baş Prokurorluq əməliyyat keçirdi: Vəzifəli şəxslər SAXLANILDI - YENİLƏNDİ

Mayın 1-i və 2-si ilə bağlı əhaliyə XƏBƏRDARLIQ!

Məhkəmədən Elnarə Qasımova ilə bağlı QƏRAR

Şuşanı düşməndən təmizləyən Xüsusi Təyinatlı Qüvvələr 25 yaşında

Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq GENİŞLƏNDİRİLİR

Başkəndlə bağlı fikirlər SƏS-KÜY YARATDI: “Ora bizim üçün əvəzsizdir” 

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti İCLASI OLDU

Məşhur aktrisa VƏFAT ETDİ - FOTOLAR

Peruda AVTOBUS QƏZASI - 25 ölü, 13 yaralı

Bu xanıma yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Dünya bazarlarında neft UCUZLAŞDI

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini QƏBUL ETDİ

Səidə Sultan transparan geyimi ilə diqqət çəkdi - FOTO

Bütün xəbərlər