BAKU Azərbaycan
°C

Ötən il sertifikatlaşdırma prosesindən kəsilən müəllimlərin təkrar sertifikasiyası sabah təşkil olunacaq.

Bunu Gundem.az saytına Elm və Təhsil Nazirliyindən bildiriblər.

Sertifikatlaşdırma qaydalarına uyğun olaraq test imtahanlarının yeri və saatı  barədə məlumat müəllimlərin şəxsi səhifələrinə göndərilib.

Əmək məcəlləsinə uyğun olaraq, sertifikatlaşdırma prosesində ikinci cəhddə də uğur əldə edə bilməyən müəllimlərin müqaviləsinə xitam veriləcək.

Elm və Təhsil Nazirliyindən saytımıza verilən məlumata görə, ötən il - 2022-ci ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesində Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən regional Təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb olunmuşdular. Test mərhələsinə dəvət edilən 11665 nəfərdən 11211-i imtahanda iştirak etmiş və onlardan 8843-ü keçid balını toplamışdı.

Müsahibə mərhələsində 8784 nəfər təhsilverən iştirak etmiş və onlardan 8751-i uğur qazanaraq sertifikatlaşdırmadan keçmişdi. Sertifikatlaşdırmadan keçmiş 3127 təhsilverənin vəzifə maaşına 35 faiz, 5624 təhsilverənə isə 10 faiz əlavə təyin edilmişdi.

2022-ci ildə təşkil olunan sertifikatlaşdırılma  prosesi zamanı birinci mərhələdən – test imtahanlarından 2427 müəllim 30 baldan az topladığına görə ikinci mərhələyə – müsahibəyə buraxılmamışdı.

İkinci mərhələyə – müsahibəyə buraxılan müəllimlərdən isə 33 nəfər 20 baldan az topladığına görə sertifikatlaşdırmadan keçməmişdi.
Beləliklə, ötən il 2460 ibtidai sinif müəllimi sertifikasiyadan kəsilmişdi.

Qeyd edək ki, 2022-ci ildə sertifikasiya prosesinə çağırılan, lakin iştirak etmək istəməyən müəllimlər də olmuşdu.

Bunları da nəzərə alsaq, ümumilikdə qeyd edə bilərik ki, sabah 2803 nəfər ibtidai sinif müəllimi təkrar sertifikasiya imtahanlarına cəlb olunacaq. Bu, onların sonuncu şansı olacaq.

Xatırladaq ki, sertifikatlaşdırma iki mərhələdən – test və müsahibədən ibarətdir. Test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar.

Müsahibə mərhələsində azı 20 bal toplamış müəllimlər prosesdən keçmiş hesab edilirlər.

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər