28.10.2023 / 22:20
268
Azərbaycanlı futbolçu Albaniya klubunda növbəti qolunu vurub
Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” klubunda növbəti qolunu vurub.
28 yaşlı yarımmüdafiəçi X turda “Skenderbeu” ilə səfər oyununda fərqlənib.
İsgəndərli üçüncü dəqiqədə hesabı açıb.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Eqnatiya” 10 turdan sonra 20 xalla liderdir. Rəqibindən bir matç az keçirən ikinci sıradakı “Partizani” də eyni xala malikdir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay