BAKU Azərbaycan
°C

Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Azərbaycan-Rusiya dövlət sərhədindəki avtomobil buraxılış məntəqələrində gözlənilməz halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət haqqında Saziş imzalanıb.

Gundem.az Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir ki, Saziş DGK-nın sədri Şahin Bağırovla Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davıdov arasında Moskvada keçirilən görüş zamanı imzalanıb.

Görüşdə Azərbaycan və Rusiya "Şimal-Cənub" nəqliyyat dəhlizinin imkanlarının genişləndirilməsi, sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılması, “sadələşdirilmiş gömrük dəhlizi” ilə bağlı da fikir mübadiləsi aparıblar.

Həmçinin iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın, məlumat mübadiləsinin gücləndirilməsinə dair məsələlər müzakirə edilib.

Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən Beynəlxalq Gömrük Forumunda iştirak edib. Forumun əsas missiyası xarici iqtisadi fəaliyyətin inkişafı məqsədilə dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi üçün səmərəli platformanın qurulmasıdır.

Forumda beynəlxalq iqtisadi əməkdaşlığın perspektivləri, tranzit imkanları, gömrüyün strateji inkişafı və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər