BAKU Azərbaycan
°C

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən sammitində təşkilatdan narazılıq edib. Baş nazir çıxışında KTMT-nin 44 günlük müharibədə Ermənistanın gözləntilərini doğrultmadığını bildirib.

Paşinyan həm də KTMT-dən Azərbaycan-Ermənistan dövlət sərhədinin problemli sayılan ərazilərində monitorinq aparılmasını istəyib.

Maraqlıdır, baş nazirin bu çıxışı nəyə hesablanıb? Onun istəkləri təmin ediləcəkmi?

Məsələ ilə bağlı Gündəm.az-a danışan politoloq Məhəmməd Əsədullazadə Brüssel görüşündə Paşinyanın razılaşmaya gedəcəyini deyib:

“Ermənistan Baş naziri Nikol Paşinyan Brüsseldə bir söz, Moskvada başqa söz deyir. O, aprelin 6-da Brüsseldə əldə olunmuş razılaşmaları Moskvanın təzyiqləri qarşısında pozdu. Növbəti görüş Brüsseldə yenidən keçirələcək. Artıq Avropa İttifaqı da Ermənistanın qeyri-konusturiktiv və Rusiyanın peyki olduğunun fərqindədir. Brüssel görüşündə N. Paşinyan yenidən razılaşmaya gedəcək. Moskva yenə dövriyyə girib, prosesi pozmağa çalışacaq. Ermənistan hakimiyyəti praqmatik addım ataraq Azərbaycanla sülhə getməsə, Moskva qarşısında zəiflik göstərsə, Kreml tərəfindən N. Paşinyana qarşı silahlı hücumlar gerçəkləşə bilər”. 

Ekspert Moskvanın Paşinyanın Qərb qarşısında “sözəbaxan” olmamasında maraqlı olduğunu deyib: 

“Moskva çalışır ki, N. Paşinyan zəiflik göstərsin, Qərbin dəstəyindən məhrum olsun və onu aradan götürsün. Avropa İttifaqı və Rusiya Cənubi Qafqazda qaçdı-tutdu oynayır. Təbii ki, prosesin belə bir şəkil almasında günahkarlar Moskva və Yerevandır. Proseslər belə davam edərəsə, yeni çəkilən Laçın dəhlizində Azərbaycan əsgəri ilə türk əsəgəri birgə post qoymalıdır. Rusiyanın bu sabotajçı siyasəti neytrallaşmalıdır”.

Əzizə Zeynal 
 

Son xəbərlər

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Azərbaycanda general VƏFAT ETDİ

Çin XİN başçısı: "Ukraynadakı müharibənin daha da genişlənməsi riski var"

Azərbaycan nefti UCUZLAŞDI

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Qəzzada öldürülən jurnalistlərin sayı 141-ə ÇATIB

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Xavi “Barselona”da qalacaq

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Ağdamda iki hotel tikilir

Bu xroniki xəstəliklər xərçəngə çevrilə bilər

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Almaniya klubunun stadionunda bomba tapıldı

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Azərbaycan çempionu bəlli oldu

Dünyanın sonu - Ən inandırıcı 3 qiyamət nəzəriyyəsi

Bütün xəbərlər