BAKU Azərbaycan
°C

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında iştirak üçün Əlcəzairə səfəri çərçivəsində Oman Sultanlığının Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal Al Mavali ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin mövcud vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Qanunverici orqanların ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsində müsbət rolu vurğulanıb, o cümlədən, beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq, qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd olunub. Söhbət zamanı Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti, bu platformanın növbəti konfransına hazırlıqla bağlı görülən işlər barədə danışılıb.

 Görüşdə Sahibə Qafarova həmçinin, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı haqqında məlumat verib, Azərbaycanın bu məsələnin şəffaf və obyektiv araşdırılmasını tələb etdiyini bildirib, bir çox ölkələrin bu terror aktını şiddətlə qınadığını diqqətə çatdırıb.

Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbədən sonra regionda yaranmış vəziyyət, işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri barədə ətraflı danışıb.

Son xəbərlər

Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ - Sürücülərin DİQQƏTİNƏ!

İlham Əliyevin Sultan Əhməd Əl-Cabir ilə görüşü BAŞLADI - FOTO

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü KEÇİRİLİR

Prezident İlham Əliyev Berlində böyük coşqu ilə QARŞILANDI 

"Real Madrid"in müdafiəçisindən AÇIQLAMA: "Çempion ola bilərik" 

Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO

"Mançester Siti"nin futbolçusundan HƏMKARINA: "Ən yaxşı oyunçudur"

"Azərkosmos" “Türksat”la kommersiya müqaviləsi BAĞLADI

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi OLDU

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Baş nazir yeni qərar İMZALADI

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Bütün xəbərlər