BAKU Azərbaycan
°C

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son günlər Ermənistan hakimiyyətinə iki mesaj göndərir.
 

Gundem.az qeyd edir ki, bunu Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun fikrincə, birinci mesaj bundan ibarətdir ki, Rusiyada yaşayan ermənilərin sayı Ermənistanda yaşayan ermənilərdən çoxdur:
 

"Yəni Rusiyadakı ermənilər Ermənistandakı ermənilər kimi düşünmür və baş nazir Nikol Paşinyanın Qərblə yaxınlaşmaq siyasətindən narazıdırlar".
 

Digəri isə Rusiyada yaşayan ermənilərin Ermənistana hər il milyardlarla dollar pul köçürməsi ilə bağlıdır:

Bu, Ermənistan büdcəsindəki vəsaitdən çoxdur. Bu da Kremlin Ermənistan hökumətinə xəbərdarlığıdır. Demək istəyirlər ki, Qərbə yaxınlaşmağa çalışan Ermənistan hökumətinə təzyiq etmək üçün Kremlin əlində güclü maliyyə aləti var.

Moskva Rusiyadakı ermənilərin Ermənistana pul köçürmələrinə qadağa qoysa, qonşu ölkədə iqtisadi vəziyyət ağırlaşacaq. Nikol Paşinyan bu ssenarini nəzərə almaya bilməz".

E.Şahinoğlu qeyd edib ki, Moskva bu alətə əl atarsa bu, Nikol Paşinyanın ABŞ və Avropa İttifaqından təhlükəsizlik təminat almaq siyasətində işini asanlaşacaq:

"Bu halda ABŞ və Avropa İttifaqı Nikol Paşinyan hökumətini Kremlin maliyyə təzyiqindən qurtarmaq üçün Ermənistana maliyyə dəstəyini artıracaq. Ermənistanda keçirilən rəy sorğularında Rusiyaya inam azalıb. Nikol Paşinyanın bu tendensiyanın artmasında maraqlıdır. Bunu Kreml də anlamamış deyil. Ona görə də Kreml pul köçürmələrinin dayandırılması kimi aləti ən sona saxlayıb".

Son xəbərlər

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Bütün xəbərlər