BAKU Azərbaycan
°C

Rusiya Prezidenti Vladimir Putin Moskvada baş verən terror aktı ilə bağlı yeni açıqlama verib.

Gundem.az bildirir ki, ölkə başçısı hücum edənlərin təhrikçilərinin axtarıldığını qeyd edib. O, fikirlərini bu cür ifadə edib:

“Biz bilirik ki, tətiyi məhz radikal İslam təşkilatı çəkib. Əsas məqsədimiz təhrik edənləri üzə çıxarmaqdır. Rusiyadakı terror aktının kimə sərf etdiyinə gəlincə, 2014-cü ildən bəri bizə pislik arzulayan xarici qüvvələri asanlıqla göstərə bilərəm”.

Putin hücuma görə məsuliyyəti üzərinə götürən İŞID terror təşkilatının adından birbaşa istifadə etməyib.

 

“Terror hücumundan sonra ABŞ Qərb tərəfdaşları ilə birlikdə qəribə bir mövqe tutdu və dünyaya hücumun arxasında qətiyyən Ukraynanın olmadığını təlqin etməyə başladı. Radikal islamçılar isə təkcə Rusiyaya problem yaratmırlar. Üstəlik, görəsən, niyə müqəddəs Ramazan ayında bu hərəkəti ediblər? Deməli, bu terrorçuların din və əxlaqla heç bir əlaqəsi yoxdur. Görünən odur ki, onlar kiminsə əmrini yerinə yetirirlər”.

Terror aktından sonra tutulan 4 müttəhimin işgəncəyə məruz qalması məsələsinə dolayısı ilə toxunan Putin, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikinə müraciət edərək, “Terror aktı ilə bağlı bütün araşdırmaların və təhqiqatların Rusiya qanunları çərçivəsində aparılacağını gözləyirəm”, - söyləyib. Baştrikin isə Putinin sözlərinə təsdiqləyərək "bəli" deyib və 22 mart hücumunda həyatını itirənlərin sayının 139-a yüksəldiyini vurğulayıb.

Rusiya lideri həmçinin, terror aktından sonra ilk çıxışından fərqli olaraq bu dəfə Ukraynanı ittiham etməyib. Lakin qeyd olunub ki, Kreml günahı Kiyevin üzərinə atmaq niyyətindən tam əl çəkməyib. (Sfera.az)

Son xəbərlər

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Bütün xəbərlər