BAKU Azərbaycan
°C

"Amerika Birləşmiş Ştatları çip uğrunda mübarizəyə qoşulur".

Gundem.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, ABŞ də bir sıra ölkələr kimi çip istehsalına əhəmiyyət verməyə başlayıb. Bu məqsədlə “Intel” şirkəti ilə ölkə boyu kompüter çipi zavodlarına 8.5 milyard dollar birbaşa maliyyə ayrılması və 11 milyard dollar kreditlə təmin edilməsi üçün razılığa gəlinib. ABŞ Prezdenti Co Bayden bu sərmayəni Amerikanın gələcəyi üçün vacib adlandırıb. 

Politoloqun fikrincə, ABŞ-nin hədəfi 2030-cu ilə qədər çip istehsalındakı qlobal payını sıfırdan 20 faizə yüksəltməkdir:

“ABŞ hazırda çipləri müxtəlif ölkələrdən idxal edir ki, bu da Amerika üçün böyük qüsur sayılır. Çip istehsalına malik olmaması Amerika üçün təhlükəsizlik riski kimi dəyənləndirilir. Dünya çip istehsalında lider ölkələrdən biri Çindir. Vaşinqton isə Çini əsas təhlükəsizlik təhdidi kimi qiymətləndirir və bu ölkənin çip ixracına mane olmağa çalışır”.

E.Şahinoğlu qeyd edib ki, Vaşinqton Pekinin süni intellekt və yarımkeçirici ambisiyalarını məhdudlaşdırmaq istəyir:

“Bunun üçün Bayden administrasiyası telekommunikasiya nəhəngi olan “Huawei Technologies Co” şirkəti ilə əlaqəli bir sıra Çin yarımkeçirici şirkətini qara siyahıya salmağı düşünür. “Bloomberg” agentliyinin xəbərinə görə, Vaşinqtonun qara siyahıya salacağı şirkətlər arasında “Qingdao Si'En”, “SwaySure”, “Shenzhen Pensun Technology Co” var. Vaşinqton Çinin çip istehsalçılarına qarşı sanksiyaların tətbiqini də planlaşdırır. Çünki Vaşinqtonda hesab edirlər ki, Çinin yarımkeçiricilər istehsalı ilə məşğul olan şirkətləri “Huawei”in məhdud avadanlıq əldə etməsinə kömək etmək üçün proksi kimi çıxış edirlər”.

Siyasi şərhçi beynəlxalq aləmdə çip istehsalı və bazarı uğrunda mübarizənin getdikcə sərtləşdiyini vurğulayıb:
 
“ABŞ hökuməti Hollandiya, Almaniya, Cənubi Koreya və Yaponiya da daxil olmaqla müttəfiqlərinə Çinin yarımkeçirici texnologiyasına girişinə məhdudiyyətləri daha da sərtləşdirmək məqsədilə təzyiqləri artırıb. “Huawei” bu kampaniyanın, eləcə də Pekinin Qərb texnologiyasından asılılığını azaltmaq səylərinin mərkəzində dayanan şirkətlərdən biridir”.

Son xəbərlər

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Bütün xəbərlər