BAKU Azərbaycan
°C

Son günlər İrəvanda ən yüksək dairələrdə kəndlərin Azərbaycana qaytarılması mövzusu çox aktuallaşıb. Ermənistanın baş naziri Nikol Paşinyan da parlamentdə qapalı iclasda qeyd edib ki, qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır.

 

Bu məsələ ilə bağlı yaxın zamanlarda real addımlar atıla bilərmi?

 Gundem.az xəbər verir ki, bununla əlaqəli Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, artıq kütləvi informasiya vasitələrində Paşinyanın bu çıxışı barədə məlumatlar yayılıb:

“Hətta erməni ekspertlər bildirirlər ki, Ermənistan Baş naziri Nikol Paşinyan vəziyyəti tam qəbul etmiş hesab edilir. Güman ki, yaxın günlər ərzində 4 kənd Azərbaycana qaytarılacaq. Sosial mediada həmin kəndlərdən insanların çıxarılması ilə bağlı da kadrların paylaşıldığı görünür. Yerdə qalanların aqibəti isə – 3 kənd Qazaxdan, 1 kənd Naxçıvandan – yaxın zamanlarda məlum olacaq. Təbii ki, Qazaxın 3 kəndinin yerləşdiyi strateji mövqe Ermənistan üçün bir az gərgin hesab olunur. Çünki kəndlərin ərazisi İrəvan-Tbilisi avtomobil yolunun üzərində yerləşir, bu da Paşinyanın tərəddüd etməsinə səbəb olur”.

Müsahibimiz bildirib ki, Nikol həmin 3 kəndi də qaytarsa, bəlkə danışıqlar zamanı bəzi məsələləri diqqətə almaq olar:

“Məsələn, Azərbaycan Ermənistanın Gürcüstana keçidini hansısa formada nəzərə ala bilər. Əvəzində təbii ki, orada Zəngəzur dəhlizinin işləkliyi məsələsinin də gündəmə gəlməsi mümkündür. Bu şeylər baş verməsə, Azərbaycanın həmin əraziləri tam şəkildə nəzarətə götürməsi legitim haqqıdır. Fikrimcə, Paşinyan və onun komandası daha dərin, real, praqmatik düşünə bilirsə, müharibə həddinə gətirib çıxaran addımlar atmayacaq. Qısa müddət ərzində həmin əraziləri boşaldıb Azərbaycana qaytaracaq. Burada kənar güclərin də Paşinyana təsir mexanizmləri var. Onlar bu prosesi pozmasalar, real addımlar atıla bilər. Amma Paşinyana bir formada təsir edib onu bu məsələdə geri addım atmağa vadar edərlərsə, proses uzana və ya Azərbaycanın həmin ərazilərə müdaxilə etmək haqqını legitimləşdirə bilər”.

Son xəbərlər

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Bütün xəbərlər