BAKU Azərbaycan
°C

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycanla səmərəli nəticələrə hədəflənən enerji tərəfdaşlığının inkişafına, eləcə də ölkəmizə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi zamanı dəstəyi ifadə edilib.

Gundem.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə Əbu-Dabidə energetika naziri Pərviz Şahbazovla BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir arasında keçirilən görüşdə qeyd edilib.

Görüşdə hər iki ölkə prezidentlərinin Azərbaycan və BƏƏ arasında dost, qardaş və tərəfdaş əlaqələrinin dərinləşməsinə, əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyi qeyd olunub.

Azərbaycanın “yaşıl enerji” gündəliyinin icrasında BƏƏ ilə əməkdaşlığın strateji rolundan bəhs edilib. “Masdar” şirkəti ilə mərhələli şəkildə quruda və dənizdə 10 QVt “yaşıl enerji” layihələrinin həyata keçirilməsi çərçivəsində bu il 1 QVt gücündə iki günəş və bir külək elektrik stansiyasının təməlinin qoyulacağı bildirilib, yeni istehsal güclərinin yaradılması, həmçinin elektrik enerjisinin ötürülməsi layihələri üzrə proseslərin sürətləndirilməsi razılaşdırılıb.

Söhbət zamanı ADNOC şirkəti ilə “Abşeron Faza I” layihəsi, hər iki ölkənin apstrim sektorunda əməkdaşlığın genişləndirilməsi, həmçinin COP29 tədbirinə hazırlıq və bu xüsusda intensiv əlaqələrlə bağlı da müzakirələr aparılıb.

***

13:46

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) ölkəsi olaraq Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycana COP29-a sədrliyi zamanı hər cür dəstək verməyə hazırdır.

Gundem.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Əbu-Dabiyə səfəri zamanı P. Şahbazovun BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in prezidenti Sultan Əhməd Əl-Cabir ilə məhsuldar görüşü olub.

“Yaşıl enerji sahəsində strateji tərəfdaşımız "Masdar” şirkəti ilə istehsal güclərinin yaradılması, elektrik enerjisinin ötürülməsi üzrə layihələrin icrasının sürətləndirilməsi, ADNOC şirkəti ilə “Abşeron Faza-I” layihəsi, apstrim sektorunda əməkdaşlığın genişləndirilməsi və gündəlikdə olan digər məsələlərlə bağlı müzakirələr apardıq”, - deyə nazir bildirib.

Son xəbərlər

Məhkəmədən Elnarə Qasımova ilə bağlı QƏRAR

Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq GENİŞLƏNDİRİLİR

Başkəndlə bağlı fikirlər SƏS-KÜY YARATDI: “Ora bizim üçün əvəzsizdir” 

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti İCLASI OLDU

Məşhur aktrisa VƏFAT ETDİ - FOTOLAR

Peruda AVTOBUS QƏZASI - 25 ölü, 13 yaralı

Bu xanıma yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Dünya bazarlarında neft UCUZLAŞDI

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini QƏBUL ETDİ

Səidə Sultan transparan geyimi ilə diqqət çəkdi - FOTO

ABŞ Rusiyaya qarşı sanksiyanı 1 noyabradək TƏXİRƏ SALDI

Ali Məhkəmə ilə Əlcəzair Ali Məhkəməsi arasında Memorandum İMZALANDI - FOTO

Axtarışda olan 76 nəfər SAXLANILDI 

Azərbaycan neftinin qiyməti 89 dollara ENDİ

ADNA-da terror aktı törədilməsindən 15 İL ÖTÜR

Ailənin lənətindən qaçmağa çalışır, restoranlara nifrət edir - Con Kennedinin nəvəsi

"Qızlar, tanımadığınız oğlana ərə getməyin"

Türkiyə XİN Fransanın qərarını pislədi

Avtobus uçuruma düşdü,20-dən çox ölü var

“Azərbaycanca bilməməyim nöqsanımdır”

Bütün xəbərlər