BAKU Azərbaycan
°C

İsraillə İran arasında yaranan qarşıdurmada İordaniyanın regiondakı strateji mövqeyi güclənir. İordaniya həm İsraildən, həm də İrandan gələn raketləri, pilotsuz uçuş aparatlarını (PUA) vuracağını bəyan edib. 


Gundem.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, aprelin 13-də İrandan İsrailə atılan raketlərin və PUA-ların bəziləri İordaniya hava məkanında zərərsizləşdirilib. 
İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədi bildirib ki, ölkəsi İran və İsraildən buraxılan raket və döyüş təyyarələrini vurmaqda tərəddüd etməyəcək.
“İranın İsrailə qarşı əməliyyatı İordaniyanın ABŞ, Avropa və İsrail üçün hərbi, təhlükəsizlik və strateji əhəmiyyətini artırıb”. Bu fikirləri İordaniyanın Haşimi Universitetinin siyasi elmlər üzrə professoru Camal əş-Şələbi deyib. Şələbi İranın hücumundan sonra ABŞ və müttəfiqlərinin İordaniyaya hərbi və iqtisadi yardımlarını artırma ehtimalının gücləndiyini vurğulayıb. 
Professor İordaniyanın gələcəkdə Tel-Əviv və Tehran arasında vacib rol oynaya biləcəyini də deyib və sözlərini belə davam etdirib:

"İordaniya İsrail və İran arasında vasitəçi rolunu oynaya bilər. Düzdür, İordaniyanın İranla əlaqələri güclü və dərin deyil. Digər tərəfdən İordaniya-İsrail münasibətləri də ən pis dövrünü yaşayır. Buna baxmayaraq, əgər ABŞ istəsə, İordaniya İran və İsraillə əlaqələr qurmaqda vasitəçi ola bilər”.  (Sfera.az)

Son xəbərlər

Partlayışda xəsarət alan şəxs xəstəxanada ÖLDÜ

Almaniya təmsilçisinin futbolçusu gecə klubunda döyüldü

"O pulla özümə evimdən də bahalı maşın aldım"

Sumqayıtda zavod yanır

Azərbaycanlı general vəfat etdi - FOTO

Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? - AÇIQLAMA

Tokayev naziri vəzifəsindən AZAD ETDİ

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - FOTO

Cəlilabadda 42 nəfər cərimələndi

Sakinlərin NƏZƏRİNƏ: sabah bəzi ərazilərdə qaz olmayacaq

Qazaxıstan prezidenti naziri vəzifəsindən azad etdi

Maskın beş gündə qazancı dünyanı şoka saldı

Xankəndidəki universitetin yataqxanasının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi

Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI

Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır

Hərbçilərimiz Aralıq dənizində keçirilən təlimdə iştirak etdilər

İlham Əliyev Edvard Rounu qəbul etdi

FHN-dən hava şəraiti ilə əhaliyə müraciət

Anar Məmmədli barədə qərar verildi

Bütün xəbərlər