BAKU Azərbaycan
°C

Ramzan Kadırov Rusiya Daxili İşlər Nazirliyinin yeni rəhbəri ola bilər.

Gundem.az bildirir ki, bu barədə Rusiyada fəaliyyət göstərən “Tsarqrad” nəşri mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunub ki, martda “Crocus City Hall”da baş verən terror aktı və sonradan miqrantların saxlanması Daxili İşlər Nazirliyinin rəisi vəzifəsində dəyişikliyə səbəb ola bilər. Nəşrin iddiasına görə, ölkənin hazırkı daxili işlər naziri Vladimir Kolokoltsevi əvəz etmək üçün bir neçə nəfər mübarizə aparır.

“Ramzan Kadırovun bu posta mümkün təyinatı birmənalı qiymətləndirilir. Bir tərəfdən, onun sərt rəhbərliyi böhran vəziyyətlərində təsirli ola bilər. Digər tərəfdən, Kadırovun federal struktura rəhbərlik etmək təcrübəsi yoxdur”, - məlumatda bildirilib.

Məqalədə sözügedən posta namizəd ola biləcək başqa adlar da qeyd olunub:

“Namizədlərdən biri də Federal Penitensiar Xidmətin direktoru Arkadi Qostevdir. O, əvvəllər Daxili İşlər Nazirliyinin strukturlarında işləyib, 2012-2021-ci illərdə daxili işlər nazirinin müavini vəzifəsində çalışıb. Rusiya prezidentinin keçmiş köməkçisi və Yaroslavl vilayətinin keçmiş qubernatoru Dmitri Mironovun da adı hallanıb”.

Ekspertlərin fikrincə isə, Ramzan Kadırovun bu vəzifəni tutması ehtimalı istisna oluna bilməz. Lakin analitiklər bildirir ki, bu, praktiki qərardan daha çox idarənin mövcud strukturları üçün təhlükə ola bilər.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Kremldə keçiriləcək. Həmin gün Rusiya hökuməti istefa verəcək. (Sfera.az)

Son xəbərlər

Yusif Mustafayev məscid tikdirdi

Dövlət Departamentindən SÜLH AÇIQLAMASI

Sarımsağı bu qidalarla birlikdə yeməyin - TƏHLÜKƏLİDİR

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO/VİDEO

Ermənistanda “TikTok” məhdudlaşdırılır?

Ordumuz düşmən tankını belə məhv edib - ANBAAN VİDEO

Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Pentaqondan kosmosla bağlı XƏBƏRDARLIQ

Cəlilabadda tütündən istifadə qaydalarını pozanlar CƏRİMƏLƏNDİLƏR

BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib

Magistraturaya qəbul imtahanının NƏTİCƏLƏRİ

Partlayışda xəsarət alan şəxs xəstəxanada ÖLDÜ

Almaniya təmsilçisinin futbolçusu gecə klubunda döyüldü

"O pulla özümə evimdən də bahalı maşın aldım"

Sumqayıtda zavod yanır

Azərbaycanlı general vəfat etdi - FOTO

Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? - AÇIQLAMA

Tokayev naziri vəzifəsindən AZAD ETDİ

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - FOTO

Cəlilabadda 42 nəfər cərimələndi

Bütün xəbərlər