BAKU Azərbaycan
°C

"WhatsApp" ani mesajlaşma sistemində onlayn piramida dələduzluq sxemi əsasında bir çox vətəndaşın pulunu ələ keçirməkdə təqsirləndirilən Vahid Rzayevin cinayət işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli olub.

Gundem.az qaynarinfo-ya istinadən xəbər verir ki, növbəti iclas martın 4-də keçiriləcək. Məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə aparılacaq.

Vahid Rzayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunur. Bu maddədə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Vahid Rzayevin cinayət işi üzrə 24 nəfər zərərçəkmiş qismində tanınıb.

O, 2022-ci ildə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.

Həmin vaxt DİN-in yaydığı məlumatdan aydın olur ki, Vahid Rzayev "WhatsApp" proqramında "Yatırım" adlı qrup yaradılıb. Sosial şəbəkələrdə qrupun reklamını təşkil edərək müxtəlif yalan şirnikləndirici vədlərlə insanların etibarını qazana bilib. Ona müraciət edən vətəndaşlara yatırım etmək adı ilə qoyduqları sərmayənin ikiqat mislini ödəyəcəyi barədə həqiqətə uyğun olmayan vədlər verən qrupun admini qurduğu dələduzluq piramidası əsasında 100-dən artıq vətəndaşı aldadıb.

Baş İdarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxsin Vahid Rzayev olduğu müəyyən edilib və o, qısa zamanda saxlanılıb. Onun bir neçə ay ərazində zərərçəkənlərə 200 min manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb. Vahid Rzayev təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər