BAKU Azərbaycan
°C

Səs gününün qeyd olunmasına 1998-ci ildə Braziliya Lorinqologia və Səs Cəmiyyətinin təşəbbüsü ilə başlanılıb.

Gundem.az xəbər verir ki, 2002-ci ildən Amerika Baş və Boyun Cərrahiyyəsi Akademiyasının təşəbbüsü ilə isə hər il aprelin 16-sı Ümumdünya Səs Günü kimi qeyd olunur. Həmin günün əsas məqsədi ictimaiyyətə səsin insan həyatındakı rolu və əhəmiyyəti, həmçinin səsdə yarana biləcək problemlər haqqında informasiya verməkdən ibarətdir.

Müasir cəmiyyətdə səs emosional kommunikasiyada əhəmiyyətli rol oynayan vasitədir. Məsələn, bir insan digərini öz səsi ilə valeh edə, qıcıqlandıra və ya sakitləşdirə bilər. Səsin gündəlik həyatımızda və işimizdəki vacibliyi yalnız səsdə problemlər yarananda dərk edilir. Gözlər qəlbin aynası olduğu kimi, səs də ruhun güzgüsüdür. İnsanın səsini eşidərək yaşı, cinsi, emosional vəziyyəti, xarakteri haqqında ilkin məlumat yaranır. Bu baxımdan səsi insanın vizit kartı da adlandırırlar.

Qeyd edək ki, tədqiqatlara görə, səs tellərimiz gün ərzində ən çox istifadə edilən orqanlarımızdan biridir. Səs deyəndə ilk olaraq yada düşən insanlar isə müğənnilərdir. İnsanlar çox vaxt səsi sırf tibb sahəsi ilə əlaqələndirsələr də, o həm də bir mədəniyyətdir. Maraqlıdır ki, ilk dəfə səs telini müalicə edən insan da ispaniyalı musiqi müəllimi, vokal ifaçısı olub.  (Sfera.az)

Son xəbərlər

Avtobus uçuruma düşdü,20-dən çox ölü var

“Azərbaycanca bilməməyim nöqsanımdır”

Bakıda yeni tikilən bina çökə bilər - VİDEO

75 yaşlı Jerar Depardye həbs edildi

Tehrana uçuşların dayandırılması müddəti uzadıldı

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tbilisidə izdihamlı aksiya keçirildi

Oğul atanı döyərək öldürdü

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var

Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına...

Türkiyədə “TikTok” qadağan olunur?

Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - FOTO

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

Mehriban Əliyeva onu təbrik etdi: "Səninlə fəxr edirəm!"

Blinken Hakan Fidanla bunları müzakirə edibmiş

Tiflisdə hökumət tərəfdarları aksiya keçirir

Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir?

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Bütün xəbərlər