BAKU Azərbaycan
°C

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 17-də iki günlük işgüzar səfərlə Brüsselə gedəcək. Ermənistan KİV-nin məlumatına görə, bu barədə nazirliyin mətbuat katibi Vaan Hunanyan bildirib.

Mirzoyan Belçikanın paytaxtında Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının 4-cü sessiyasında iştirak edəcək. 

İclasın gündəliyinə Qarabağ münaqişəsinin nizamlanması və regional təhlükəsizlik problemlərinin də müzakirəsi daxildir. Səfər zamanı Mirzoyan Aİ-nin müxtəlif rəsmiləri ilə görüşəcək.

Ermənistan "sürüşkən siyasət" yürütdüyünü söyləyən politoloq, “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri Elçin Xalidbəyli Gundem.az-a açıqlamasında bildirib ki, rəsmi İrəvan eyni vaxtda həm Rusiyanın, həm də ABŞ və Qərbin dəstəyini, himayəsini qazanmağa çalışır:

“Bundan öncə, yəni aprel ayında Ermənistan baş naziri Nikol Paşinyanın Moskvaya səfərinə paralel olaraq, xarici işlər naziri Ararat Mirzoyan ABŞ-a səfər etmiş və ABŞ-ın Ermənistanın ən yaxın müttəfiqi olduğunu bəyanlamışdı. Rəsmi İrəvan indi də təxminən eyni taktikanı təkrarlamağa çalışır. Yenə də baş nazir Nikol Paşinyan Moskvaya səfərə gedib. O, Rusiyanın Ermənistanın ən yaxın müttəfiqi olduğunu vurğulayıb. Əvəzində isə xarici işlər naziri Brüsselə üz tutub. Böyük ehtimalla rəsmi İrəvan Avropa Birliyi ilə keçiriləcək tədbirin məhz Paşinyanın Moskva səfəri ilə eyni vaxtda baş tutması üçün əlindən gələn hər şeyi edib. Belə anlaşılır ki, rəsmi İrəvan eyni vaxtda həm Rusiya, həm də Qərb arasında xaotik trayektoriya cızır. Hər iki tərəflə yaxın münasibətlərdə qalmağa çalışır. Paşinyan hakimiyyəti bir tərəfdən Rusiyanın təlimatı ilə Brüssel anlaşmaları üzrə sülh sazişinin hazırlanması prosesini pozur. Digər tərəfdən isə Brüssel prosesindən imtina etmədiyi barədə görüntü yaratmağa cəhd göstərir. Təbii ki, həm Kremldə, həm də Brüsseldə rəsmi İrəvanın "sürüşkən xarici siyasət" vərdişlərinə bələddirlər. Ancaq hələlik hər iki tərəf Ermənistandan öz məqsədləri üçün istifadə etməyə üstünlük verir. Ancaq rəsmi İrəvanın kimlər tərəfindən himayə olunması Ermənistanın indiki geopolitik durumunu dəyişə bilməz”. 

Politoloq vurğulayıb ki, A.Mirzoyan "Qarabağ problemi"ni və regional təhlükəsizlik məsələlərini Avropa Birliyi də daxil olmaqla, hər kəslə müzakirə edə bilər. Ancaq bu, Cənubi Qafqazda heç nəyi dəyişməyəcək:

“Çünki "Qarabağ problemi" hazırda yalnız Azərbaycanın daxili işidir. Rəsmi Bakı bu mövzu nə Ermənistan, nə Rusiya, nə də Avropa Birliyi ilə müzakirə etmək niyyətində deyil. Regional təhlükəsizlik məsələlərinə gəldikdə isə Ermənistan bu mövzuda da faydalı ölkə sayıla bilməz. Çünki Ermənistan Cənubi Qafqazda geopolitik iradə sahibi deyil. Ermənistanın gələcək taleyi belə, rəsmi Bakının verəcəyi qərarlardan asılıdır. Ona görə də, nə Paşinyanın Moskva səfərindən, nə də Mirzoyanın Brüssel gəzintisindən hər hansı yeni nəticə gözlənilmir”.

Yeganə
 

Son xəbərlər

Azərbaycanda 1 milyondan çox insana 200 manat VERİLƏCƏK? -MÜHÜM AÇIQLAMA

Xəstəxanaya getmişdi, qəfil öldü

İmran Xana hökm oxundu

Anar Cəfərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Niyam Salami dələduzluqda ittiham olunur

Bakıda 37 milyona park salınır

Nazir müavininin qızı da cəza alıbmış - FOTO

Azərbaycanda ərzaq məhsulları ucuzlaşa bilər

Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU

Azərbaycanda qızıl UCUZLAŞDI - Yeni QİYMƏT görün neçə oldu

Beşiktaşın bələdiyyə sədri həbs edildi

Helikopter qəzalı eniş etdi: 11 nəfər...

Bu rayonlara qar yağdı

Ölkədə bu valyuta ucuzlaşdı

Bakıda doğulan uşaq hər kəsi heyrətə saldı

Narin cinayətindən sonra 50 uşaq dövlət himayəsinə alındı

Sabah bu rayonun bir hissəsi QAZSIZ QALACAQ

USAİD-in yardımları xoşniyyətli deyil - Bayramov

"Aİ-95" benzinin qiyməti artacaq? - AÇIQLAMA

Ötən il 43 şəxs cinayət başında yaxalandı

Bütün xəbərlər