BAKU Azərbaycan
°C

Daxili İşlər Nazirliyinə elan saytlarında ictimaiyyət arasında nüfuzu olan şirkətlərdə vakansiyaların olduğu barədə saxta iş elanlarının verildiyi və müraciət edən şəxslərin pullarının xüsusi kart əməliyyatları vasitəsi ilə ələ keçirildiyi barədə çoxsaylı şikayətlər daxil olub. Bu məlumatlar Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nəzarət götürülərək araşdırılıb.

DİN-dən bildirilib ki, Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki və əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşların kart məlumatlarını və kartlardakı pulları ələ keçirən əvvəllər məhkum olunmuş Cəmil Bəbirov saxlanılıb. 

Araşdırma zamanı müəyyən edilib ki, Cəmil Bəbirov onunla əlaqə saxlayan hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması üçün 51, sağlamlıq haqqında tibbi arayışın verilməsi üçünsə 17 manat pulun müxtəlif şəxslərin adına olan kartlara köçürülməsini tələb edib. Daha sonra saxlanılan şəxs kartlardakı vəsaitləri öz hesabına yönləndirərək nağdlaşdırıb və zərərçəkənlərin bir daha əlaqə saxlamaması üçün onların nömrələrini bloklayıb. Bank kartlarındakı pul vəsaitlərini işə düzəltmək adı altında ələ keçirən Cəmil Bəbirov bu müddət ərzində ona müraciət edən şəxslərə 100 min manatdan artıq maddi ziyan vurub. Saxlanılan şəxsdən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələr və digər elektron sübutlar aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Cəmil Bəbirov ətrafında əməliyyat-istintaq tədbirlər davan etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər. 

Sonda bir daha vətəndaşlara onlayn elan saytlarında yerləşdirilən məlumatlarla tanış olan zaman maksimum diqqətli olmağı və bank kartlarında olan məlumatları qarşı tərəfə verməməyi tövsiyə edirik.

Son xəbərlər

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndiyə GETDİLƏR

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə TƏŞƏKKÜR ETDİ

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİRLƏR

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Bütün xəbərlər