BAKU Azərbaycan
°C

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində mövcud yolun paytaxt Bakı istiqamətində olan 51-61-ci km-lik hissəsində rahat gediş-gəlişin təmin olunması məqsədi ilə sabah səhər saatlarından asfalt-beton örtüyünün aşınma layının döşənməsi işlərinin icrasına başlanılacaq.

Gundem.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, işlərin aparıldığı ərazidə nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Asfaltlanma işləri aparılan müddət ərazidə əks istiqamət üzrə nəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək. Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri yerinə yetiriləcək.

Agentlik sürücülərə sözügedən ərazidə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edib.

Son xəbərlər

İsrail təmsilçiləri HAMAS-la danışıqlar üçün Qahirəyə GEDİR

“Aşk-ı Memnu”nun məşhur aktrisası TANINMAZ HALDA - FOTOLAR

Banklar hər hərracda 70-80 milyon dollar alır - Səbəb nədir?

Çində xəstəxanaya HÜCUM: 10 ölü, 23 yaralı

Prezident TƏSDİQLƏDİ: Bu şəxslər 600 manatadək cərimə ediləcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Xanəndənin qayınatası vəzifəsindən azad edildi

Şəhid qardaşının ölümü ilə bağlı cinayət işi açıldı

Ər onu "Xoşqədəm"də axtarır, özü Lalənin efirindədir - FOTO

Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu

Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi

Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqladı

Azərbaycanda vəzifəli şəxs həbs olundu - RƏSMİ

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ZİYARƏT ETDİ

Hoteldə ölənlər qidadan zəhərlənməyib - RƏSMİ

Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - FAKTİKİ HAVA

Media nümayəndələrinin iştirakı ilə autizmlə bağlı seminar keçirildi - FOTO

Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - FOTO

Bakıda məşhur bazar SÖKÜLƏCƏK - RƏSMİ

Paşinyan istefa verməyə HAZIRLAŞMIR

Bütün xəbərlər