BAKU Azərbaycan
°C

Respublika Perinatal Mərkəzində baş vermiş yanğında mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.

 

Gündəm.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) birgə məlumat yayıb. 

 

Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, aidiyyəti dövlət orqanlarının koordinasiyalı və operativ fəaliyyəti nəticəsində Mərkəzdə olan şəxslər təxliyə olunub: "Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə hadisə yerinin müayinəsi aparılıb, eləcə də zəruri və təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

 

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub.

 

Dərin təəssüf hissi ilə qeyd edirik ki, Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

 

Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.

 

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcək.

 

Hadisə ilə əlaqədar vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq".

Son xəbərlər

COP-29 ərəfəsində Azərbaycan – Almaniya görüşləri

Smartfon bazarında bu telefonlar trend olacaq - Mütəxəssislər AÇIQLADI

İngiltərə Premyer Liqasında yeni maaş sistemi - Səsvermə keçiriləcək

Bu marketlər şəbəkəsinin direktoru ildə 27 milyon dollar qazanır - FOTO

İlham Əliyev Datuk Mutanq Taqalı QƏBUL ETDİ- YENİLƏNDİ 

Avropada Rusiya və Çin casusları HƏBS EDİLİR - Britaniyadan növbəti SANKSİYA

Bu, yaşlanmanı sürətləndirir - ARAŞDIRMA

DİM-dən yayda keçiriləcək imtahanlarla bağlı QƏRAR

Aktrisadan “Cennet Mahallesi” ilə bağlı AÇIQLAMA: "Gördüm ki, onlar..." - FOTO

Prezident QƏBUL KEÇİRDİ - YENİLƏNDİ 

Ceyhun Bayramov Qətərə işgüzar səfərə YOLA DÜŞDÜ

Bakının məşhur restoranında ÖLÜM: Rəqs edərkən... - TƏFƏRRÜAT

Xadimə evdən 60 minlik qızıl-zinət əşyaları OĞURLADI 

Özbəkistanın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Yan Vanmin: "Azərbaycan Çin üçün çox vacib tərəfdaşdır"

“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirildi - FOTOLAR

Bakıda bu ərazidə yeni park salınacaq - RƏSMİ

Məşhur aktyor polisə ÇAĞIRILDI - FOTO

Qazaxda mina partlayışı OLDU, XƏSARƏT ALAN VAR

Putinin Türkiyəyə səfəri yubadılır - Səbəb nədir?

Bütün xəbərlər