MSK seçkinin ilkin nəticələrini elan edir - CANLI
Prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin ilkin nəticələri açıqlanıb.
Gundem.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında məlumat verib.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, ilkin nəticələrə əsasən, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,1 faiz səslə prezident seçkilərində liderlik edir.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,2 faiz,
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,79 faiz,
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,99 faiz,
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,66 faiz,
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,78 faiz,
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə 0,48 faiz səs toplayıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay