BAKU Azərbaycan
°C

“Son illərdə məktəbdə bullinq hallarında qızların daha çox önə çıxması təəssüf doğurur. Baş verənlərin kökündə isə oğlanlar uğrunda gedən mübahisələr və münaqişələrdir”.

Gundem.az bildirir ki, bu barədə Təhsil Ekspertləri Mərkəzinin birgə bəyanatında qeyd olunub.

Bildirilib ki, 156 nömrəli məktəb şagirdinin bullinq etdiyi qızın heç bir reaksiya verməməsinin iki səbəbi ola bilər:

“Həmin qız evdə də şiddətə məruz qalır və bunu normal qəbul edəcək qədər travma alıb. Nə qədər ki ailədə hüquqları pozulan uşaqlar dövlət tərəfindən ailədən alınıb xüsusi təhsil müəssisələrinə verilməyəcək, bu halların sayı da artacaq. İkincisi, görünən odur ki, həmin uşaqla bağlı onu təhqir edənlərdə çox güclü kompramat - video, şəkil və ya səs yazısı var. Bu kompramat onu təhqir edən qızın marağında olan oğlanla bağlıdır.. Hər bir halda sinif rəhbərlərinin peşəkarlığının aşağı olmasının təzahürüdür. Eyni zamanda, təcavüz edən qızların ailə tərbiyəsində ciddi problemlərin olduğunu görünür”.

Bəyanatda bildirilib ki, baş verən hər bir hadisəyə ciddi yanaşılmalıdır:

“Rayon İcra Hakimiyyətlərinin humanitar şöbələri yanında “Yeniyetmələrin hüquqlarının müdafiəsi üzrə Komissiya”nın fəliyyəti genişləndirilməli, bu vəzifəyə bir neçə müvafik qurumlarla razılaşdırmaqla müəyyən edilmiş təcrübəli şəxslər təyin olunmalıdır. Valideynlər tərəfindən şiddət və zorakılıq, o cümlədən, təhsil və digər hüquqları pozulan uşaqlar ailələrdən alınıb dövlətin himayəsinə verilməli, şiddət və zorakılıq göstərən valideynlər valideynlik hüququndan mərhum edilməlidir. Ümumi təhsil müəssisəsində tərbiyə mühitinin yaradılması və ya möhkəmləndirilməsi üçün məktəblərin fərdi nizamnamələri hazırlanıb təsdiq edilməlidir. Məktəb nizamnaməsində təhsil prosesinin bütün tərəflərinin hüquqları, vəzifələri, məsuliyyəti aydın şəkildə göstərilməlidir. Qaydalara riayət edənlər üçün rəğbətləndirmə və etməyənlər üçün isə cəza sistemi müəyyən edilməlidir”.

Həmçinin əlavə olunub ki, qanunvericiliyin tələblərinə uyğun olaraq məktəblərdə cinsi zorakılıqla bağlı 7-ci sinifdən başlayaraq dərsdənkənar məşğələlərin tədrisinə başlamaq, bu məşğələlərdə valideynlərin iştirakı təmin olunmalıdır:

"156 nömrəli məktəbdə baş verən hadisədə iştirakçı olan yeniyetmələr valideynlərindən alınaraq xüsusi tərbiyə müəssəsinə yerləşdirməklə bu kimi hadisələrin gələcəkdə təkrarlanmasını minimuma endirə bilərik".

Son xəbərlər

Külək güclənəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam VERİLDİ

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Prezident Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ÜNVANLADI

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi QƏBUL EDİLDİ

Şahin Mustafayev Rusiyaya SƏFƏR EDƏCƏK

Prezident: "COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir"

Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ - FOTO

Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI

Müharibədən qaçan ruslar Rusiyaya geri qayıdır 

Prezident QƏBUL KEÇİRDİ

“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - RƏSMİ

Mərkəzi Bankın ehtiyatlarında artım zəifləyir – SƏBƏB

Prezident BMT Baş katibinin xüsusi müşavirini QƏBUL ETDİ

Həftəsonu 1 274 namizəd rezidenturaya İMTAHAN VERƏCƏK

Azərbaycanda 118 nəfər zəhərləndi - RƏSMİ

Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası KEÇİRİLƏCƏK

Bu rayonda qaz OLMAYACAQ

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bütün xəbərlər