13.02.2023 / 11:30
9197
Azərbaycanda yüksək vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
TƏBİB-in tabeliyindəki Suraxanı Tibb Mərkəzinin direktoru Azər Məmmədov 12.02.2023-cü il axşam saatlarında kəskin ürək tutmasından vəfat edib.
Gundem.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
A.Məmmədov 2007-2014-cü illərdə Yasamal rayonunda yerləşən 3 nömrəli Şəhər Poliklinikasının baş həkimi olub. 2014-cü ildən indiki Suraxanı Tibb Mərkəzində baş həkim, 2021-ci ildən isə həmin tibb müəssisəsinin direktoru kimi çalışıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay