BAKU Azərbaycan
°C

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapısının şüşəsi sındırılıb. 

Bu barədə Gundem.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.  Qeyd olunub ki, bu hal qatarın hərəkətində gecikməyə və sərnişinlərin narahatlığına səbəb olub. 

“Məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Hadisəni törədən 3 azyaşlı müəyyən olunaraq valideynlərinin iştirakı ilə Polis Şöbəsinə gətirilib. Hadisəni törədən azyaşlıların valideynləri ilə profilaktik söhbətlər aparılıb və övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu diqqətə çatdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir”, deyə qurum bildirib.

DİN həmçinin, Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yaxın ərazidə yaşayan vətəndaşlara da müraciət edib: “Nəzərinə çatdırmaq istəyirik ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görüləcək”.

Son xəbərlər

Bu il dünyada işsizlərin sayı ARTACAQ - HESABAT

"İmkan vermərik ki, Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın" - Prezident

ABŞ Rusiyadan zənginləşdirilmiş uranın idxalını DAYANDIRA BİLƏR 

"COP29-un ev sahibi kimi rolumuzu körpülərin salınmasında görürük" - İlham Əliyev

Salim bin Məhəmməd əl-Maliki İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

"WhatsApp" bu ölkələrdə QADAĞAN OLUNDU

BMT rəsmisi: ""Bakı prosesi" bizim üçün vacibdir"

1 may - Beynəlxalq Əmək günüdür

Azərbaycanda tələbə faciəvi şəkildə VƏFAT ETDİ - FOTO

Azərbaycanda yeni qadağa QÜVVƏYƏ MİNDİ - Bu gündən...

Blinken İsraildə SƏFƏRDƏDİR

Prezident: "Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik"

Prezident: "Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub"

Gürcüstanda xarici agentlər haqqında qanuna qarşı çıxanlar etirazları SONLANDIRDI

Havada tozun miqdarı normadan çoxdur

İlham Əliyev: "Azərbaycanda yaşayan müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır"

İlham Əliyev: "Azərbaycanda yaşayan müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır"

Prezident: "Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub"

Mikayıl Cabbarov: "Azərbaycan, Qazaxıstan və Özbəkistan nazirlərinin üçtərəfli görüşü keçiriləcək"

İlham Əliyev: "Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır"

Bütün xəbərlər