İdman
25.11.2022 / 15:07
249
“Sabah”ın cəriməsi ləğv edildi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Sabah” klubunun şikayətini təmin edib.
Gundem.az xəbər verir ki, AFFA İntizam Komitəsinin noyabrın 3-də paytaxt təmsilçisinə verdiyi 4 000 manatlıq cərimə ləğv olunub.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XII turunda keçirilmiş "Sabah" - "Qəbələ" (2:1) görüşündə hər iki komandanın azarkeşləri arasında kütləvi intizamsızlıq baş verib, fanatlar iğtişaş törədiklərinə görə klublar ayrı-ayrılıqda 4000 manat cərimə edilmişdi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay