26.11.2022 / 19:43
279
Levandovski dünya çempionatlarında ilk qolunu vurdu
Polşa millisinin futbolçusu 34 yaşlı Robert Levandovski dünya çempionatlarında ilk qolunu vurub.
Gundem.az xəbər verir ki, Səudiyyə Ərəbistanı yığmasına qarşı C qrupunun II tur matçında fərqlənən İspaniya "Barselona"sının forvardı tarixi qolu göz yaşları ilə qeyd edib. 82-ci dəqiqədə fərqlənən Levandovski oyunda hələlik sonuncu - ikinci qolun müəllifi olub.
Qeyd edək ki, hazırda qarşılaşmada 2-ci hissə oynanılır və hesab avroplalıların xeyrinədir - 2:0.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay