İdman
04.12.2022 / 23:28
568
Olivye Jiru Fransa millisinin tarixinə düşüb
İtaliya "Milan"ında çıxış edən Olivye Jiru Fransa millisinin tarixinə düşüb.
36 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Polşa ilə 1/8 final oyununda qol vurmaqla nail olub.
44-cü dəqiqədə fərqlənən təcrübəli forvard qollarının sayını 52-yə çatdırmaqla Tyerri Anrini (51 qol) geridə qoyub və yığmanın ən sərrast oyunçusu adını qazanıb. 2-ci pillədə 42 qolla İspaniyanın "Atletiko" (Madrid) klubunun forvardı Antuan Qrizmann qərarlaşıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay