BAKU Azərbaycan
°C

AFFA-nın keçmiş baş katibi Elxan Məmmədov qurumun hesabat seçki konfransında AFFA-nın sabiq prezidenti Rövnəq Abdullayevlə bağlı maraqlı fikirlər səsləndirib.

Gundem.az xəbər verir ki, o, Rövnəq Abdullayevlə işlədiyi müddət ərzində yaşadığı situasiyaları bölüşüb:

“Sizi görməyə çox şadam. Mənim üçün sizin qarşınızda çıxış etmək ikiqat yox, onqat həyəcanldır. Biz birlikdə 15 il ərzində işləmişik. Hər zaman qarşınızda çıxış etməmişdən qabaq hazırlaşırdım. Ötən axşam düşündüm ki, hazırlaşmayacağam və ürəyimdən keçən sözlərin hamısını sizə çatdıracağam. Çalışacağam ki, səmimi olum.

Hörmətli Rövnəq müəllim, 15 il sizinlə, rəhbərlə işləmək mənim üçün şərəf idi. Bu 15 il ərzində siz əməkdaşlara böyük hörmətlə yanaşırdınız, öz təcrübənizi, biliyinizi əməkdaşlarla bölüşürdünüz. Sizinlə çalışmaq mənim beynəlxalq karyeram üçün böyük kömək oldu. Həmin təcrübədən istifadə etməyə davam edirəm. “Neftçi”də də 2004-cü ilə futbol fəaliyyətinizə başlamısınız, Azərbaycan çempionu oldunuz, daha sonra birlik kubokunu Bakıya gətirdiniz. Daha sonra AFFA prezidenti seçildiniz. Səhv etmirəmsə, martın 16-da idi, elə həmin qalstukdan istifadə edirdiniz. İnternetdən ovaxtkı şəkilləri axtarırdım. Bəlkə də səhv etdim, yenidən tənqid etmək üçün də mövzu olar (gülür).

Bəzən həmin tənqidlər üçün də darıxıram. Tənqid mövzusu az olacaq. O vaxt Bakıda iki stadionumuz var idi. 16 il ərzində Bakı şəhərində infrastuktur yarandı, “Dalğa Arena”, “Bakcell Arena”, “Bayıl Arena”, bazalar, məşq stadionları... Bu təşəbbüsə klublar da qoşuldu. Cənab Prezident də dəstəyini göstərdi. Dövlət və AFFA, klublar tərəfindən inşa edilmiş meydançalardan indi də 100 faiz istifadə edilir. Son iki ildə beynəlxalq təcrübəmi qazanıram. Xarici ölkələrə gedəndə görürəm ki, inşa edilmiş stadionlardan istifadə edilmir. Amma bizdə nə inşa olunubsa, maksimum istifadə olunur”.

 

Rövnəq Abdullayev isə cavabında bildirib: “Mənim bu gün futbola gəlişimin 20 ili tamam olur. “Neftçi”nin prezidenti kimi fəaliyyətə başlamışdım. Rusiyada keçirilən “Birlik Kuboku”nda oynamışdıq. Qurban Qurbanov da orada idi. Amma meydana çıxmamışdı. Ermənilər qarşımıza çıxmaqdan qorxmuşdular. Futbola gəldiyimə görə peşman deyiləm”.

 

O daha sonra əlavə edib: “Kral öldü, yaşasın yeni kral! Keçək seçkiyə”. (Qafqazinfo)

Son xəbərlər

Hacıağa Əliyev YÜKSƏK VƏZİFƏYƏ təyin olunu

Britni Spirsə nə olub? - “İnstaqram” səhifəsini sildi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Elza Seyidcahanın boşandığı əri illər sonra ortaya çıxdı - VİDEO

Dünyanın ən yüksək astronomik rəsədxanası açıldı: Tikintisi 26 il çəkib

Məktəblilərimiz olimpiadada üç medal qazandı - FOTO

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO

Ukrayna XİN başçısı: "Cəbhədə vəziyyət daha da pisləşə bilər"

Prezidentin sərəncamı 3 minə yaxın şəxsə ŞAMİL OLUNACAQ

Külək güclənəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam VERİLDİ

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Prezident Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ÜNVANLADI

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi QƏBUL EDİLDİ

Şahin Mustafayev Rusiyaya SƏFƏR EDƏCƏK

Prezident: "COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir"

Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ - FOTO

Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI

Bütün xəbərlər