BAKU Azərbaycan
°C

Futbol üzrə Ermənistan milli komandasının keçmiş  qapıçısı Armen Fişyan Stavropol diyarında "Gelandewagen" markalı avtomobili ilə biri yol polisi əməkdaşı olmaqla iki nəfəri öldürüb, sonra isə qəza yerindən qaçıb.

Gundem.az oxu.az-a istinadən xəbər verir ki, qəzaya səbəb erməni idmançının yolsuzluq avtomobili ilə Mineralnıye Vodı istiqamətində maksimal sürətlə hərəkət etməsi olub. Qafqaz yolunun 284-cü kilometrliyində o, sol zolaqdan çıxıb və polis leytenantını, həm onun cərimə yazmaq üçün saxladığı "Lada Priora" markalı avtomobilin sürücüsünü vurub. Nəticədə hər iki şəxs həlak olub.

Bundan dərhal sonra Fişyan hadisə yerindən qaçsa da, 60 kilometr sonra saxlanılıb. O, həbsi zamanı heç kimi vurmadığını iddia etsə də, maşının üzərindəki qanın haradan olduğunu izah edə bilməyib.

Fişyan barəsində "Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma" maddəsi ilə iş açılıb. Onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Armen Fişyan - Ermənistanın gənclərdən ibarət futbol komandalarının keçmiş qapıçısıdır. Peşəkar karyerasını 2016-cı ildə başa vurub. Bundan sonra minifutbol klublarında oynayıb.

 

 

Son xəbərlər

Hacıağa Əliyev YÜKSƏK VƏZİFƏYƏ təyin olunu

Britni Spirsə nə olub? - “İnstaqram” səhifəsini sildi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Elza Seyidcahanın boşandığı əri illər sonra ortaya çıxdı - VİDEO

Dünyanın ən yüksək astronomik rəsədxanası açıldı: Tikintisi 26 il çəkib

Məktəblilərimiz olimpiadada üç medal qazandı - FOTO

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO

Ukrayna XİN başçısı: "Cəbhədə vəziyyət daha da pisləşə bilər"

Prezidentin sərəncamı 3 minə yaxın şəxsə ŞAMİL OLUNACAQ

Külək güclənəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam VERİLDİ

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Prezident Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ÜNVANLADI

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi QƏBUL EDİLDİ

Şahin Mustafayev Rusiyaya SƏFƏR EDƏCƏK

Prezident: "COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir"

Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ - FOTO

Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI

Bütün xəbərlər